İddia sənədinin verilmə tarixi bu şəkildə müəyyən ediləcək


Digərləri 23 Dek 2025 17:54:00 83 0

İddia sənədinin verilmə tarixi bu şəkildə müəyyən ediləcək

İddia sənədinin verilmə tarixinin müəyyən edilməsi qaydaları müəyyənləşdiriləcək.

Bu xəbəri də oxu: Sumqayıtda TIR aşdı

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, İddia sənədinin verilmə tarixi onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən alındığı tarix üzrə müəyyən edilir, bu şərtlə ki, iddia sənədində həmin tarixdə azı aşağıdakıların olduğu müəyyən edilmiş olsun:

а) iddia sənədi üzrə patent verilməsi barədə Azərbaycan dilində müraciət;

b) iddiaçının şəxsiyyətini müəyyən etməyə və ya onunla əlaqə yaratmağa imkan verən Azərbaycan dilində məlumat;

c) zahirən ixtiranın və ya faydalı modelin təsvirinə oxşayan istənilən dildə verilmiş mətn hissəsi, sənaye nümunəsi üçün isə sənaye nümunəsi və onun mühüm əlamətləri barədə kifayət qədər aydın vizual təsəvvür yaradan şəkillər dəsti.

Bu maddənin 1-ci hissəsinin "c" bəndində qeyd olunan iddia sənədinin zahirən təsvirə oxşayan hissəsinin yerinə iddiaçı və ya ondan əvvəl bu hüquqa malik olan şəxs iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi məqsədilə təsvir və ya istənilən çertyojların daha əvvəl verilmiş iddia sənədinə istinadla əvəz edilməsi barədə ərizə təqdim etmək imkanına malikdir.

Ərizə Azərbaycan dilində tərtib olunmalı və olduğu halda daha əvvəl verilmiş iddia sənədinin nömrəsi, verilmə tarixi və bu iddia sənədinin ilk verildiyi ölkənin adı göstərilməlidir.

Daha əvvəl verilmiş iddia sənədi iddiaçının hüquqi varisi tərəfindən verildiyi halda, ərizəyə onun iddiaçının hüquqi varisi olduğunu təsdiq edən sənəd əlavə edilir.

Bu hissənin birinci abzasında qeyd edilən ərizə verildikdə bu maddənin 8-ci hissəsi nəzərə alınmaqla, iddiaçı bu cür istinad saxlayan iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 2 ay ərzində daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir. Daha əvvəl verilmiş iddia sənədi Azərbaycan dilində tərtib olunmadığı halda həmin müddət ərzində onun tərcüməsi də təqdim olunmalıdır.

İddia sənədinin alındığı tarixdə o, bu maddənin 1-ci hissəsində göstərilən tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 29-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulan müddətdə bu barədə iddiaçıya bildiriş verir, bildirişi aldığı tarixdən 2 ay ərzində ona bu tələbləri yerinə yetirməyə imkan yaradır və iddia sənədinin verilmə tarixi kimi bu tələblərin yerinə yetirildiyi tarixi müəyyən edir.

Bu maddənin 3-cü hissəsində qeyd olunan müddət bitənədək bu maddənin 1-ci hissəsində göstərilən tələblər yerinə yetirilməzsə, iddia sənədi verilməmiş sayılır. Bu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq səbəblər göstərməklə bu barədə iddiaçını 5 iş günündən gec olmayaraq yazılı şəkildə məlumatlandırır.

Bu maddənin 3-cü hissəsində nəzərdə tutulan bildiriş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiaçı ilə əlaqə yaratmasına imkan verən məlumatların təqdim edilməməsi səbəbindən göndərilmədiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin 1-ci hissəsində qeyd olunan bir və ya bir neçə sənədi ilk dəfə aldığı tarixdən 2 ay müddətində həmin hissədə nəzərdə tutulan tələblər yerinə yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılır.

Bu maddənin 2-ci hissəsinin tələbləri yerinə yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) səbəbləri göstərməklə iddiaçıya bu barədə 5 iş günündən gec olmayaraq bildiriş göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddia sənədinin verilmə tarixini müəyyən edərkən bu maddənin 1-ci hissəsinin "c" bəndinə uyğun olaraq təqdim olunmuş təsvirin hissəsinin və ya iddia sənədində istinad edilən çertyojun olmadığını aşkar etdiyi halda, iddiaçının bildirişi aldığı tarixdən 2 ay müddətində çatışmayan materialların təqdim edilməsinin vacibliyi barədə ona dərhal bildiriş göndərir.

Bildirişdə göstərilən materiallar iddiaçı tərəfindən 2 ay müddətində təqdim edildiyi halda onlar iddia sənədinə daxil edilir. Bu zaman hansı tarixin daha gec olmasından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsvirin bu hissəsinin və ya bu çertyojun alındığı tarix və ya bu maddənin 1-ci hissəsinə uyğun olaraq bütün tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi hesab olunur.

Əvvəlki iddia sənədi üzrə ilkinlik xahiş edildiyi halda əvvəlki iddia sənədi çatışmayan hissəni bütövlüklə saxlayırsa, iddiaçının vəsatəti üzrə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan bütün tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi sayılır, bu şərtlə ki:

a) bu hissənin üçüncü abzasında qeyd olunan vəsatət iddiaçı tərəfindən ya iddia sənədi materiallarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi zaman, ya da iddiaçı bu hissənin birinci abzasında göstərilən bildirişi aldığı tarixdən 2 ay ərzində verilsin;

b) Paris konvensiyasına tərəfdar çıxan ölkələrin birində daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti, hansı müddətin daha tez bitməsindən asılı olaraq, ya əvvəlki iddia sənədinin verildiyi tarixdən 16 ay ərzində, yaxud onun surətinin təqdim edilməsinin vacibliyi barədə bildirişi iddiaçı aldığı tarixdən 4 ay ərzində təqdim edilsin;

c) başqa dildə tərtib olunduğu halda əvvəlki iddia sənədinin Azərbaycan dilinə tərcüməsi iddiaçı tərcümənin təqdim edilməsinin vacibliyi barədə bildirişi aldığı tarixdən 2 ay ərzində təqdim edilsin;

ç) vəsatətdə təsvirin çatışmayan hissəsinin və ya çatışmayan çertyojun əvvəlki iddia sənədində və ya onun tərcüməsində harada olması barədə qeyd olsun.

Əvvəlki iddia sənədi və ya daha əvvəl verilmiş iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi və ya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İlkin Sənədlərə Rəqəmsal Giriş Xidməti vasitəsilə onun üçün əlçatan olduğu halda bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində qeyd olunan əvvəlki iddia sənədinin və ya bu maddənin 2-ci hissəsində qeyd olunan daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti iddiaçıdan tələb olunmur.

ChatGPT yeniləndi like
  • 23 Dek 17:50  
Dünya ChatGPT yeniləndi

"OpenAI" şirkəti "ChatGPT" tətbiqinə yeni fərdiləşdir

arrow Ətraflı
Gürcüstanda yeni il "yolka"sı alışıb yandı like
  • 23 Dek 17:40  
Dünya Gürcüstanda yeni il "yolka"sı alışıb yandı

Gürcüstanda Yeni il ağacı işıqlandırılan zaman alışıb

arrow Ətraflı
Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb like
  • 23 Dek 17:35  
Digərləri Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb.

arrow Ətraflı
Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir? like
  • 23 Dek 17:32  
Digərləri Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir?

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, Aydınbəyov küçəsi 18 ünvan�

arrow Ətraflı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib  FOTO like
  • 23 Dek 17:30  
Siyasət Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam

arrow Ətraflı
Taksi buraxılış vəsiqəsi alınması üçün SON TARİX like
  • 23 Dek 17:22  
Digərləri Taksi buraxılış vəsiqəsi alınması üçün SON TARİX

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Ba

arrow Ətraflı
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avazda nümayiş ediləcək like
  • 23 Dek 17:19  
Digərləri Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avazda nümayiş ediləcək

Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan &

arrow Ətraflı
Əlixan Rəcəbov tütün reklamı etdi  Şirkət cərimələndi like
  • 23 Dek 17:15  
Şou-biznes Əlixan Rəcəbov tütün reklamı etdi Şirkət cərimələndi

Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində t

arrow Ətraflı
“Kənd toyuqları”nı bu vannalarda “istehsal edirmişlər” like
  • 23 Dek 17:05  
Digərləri “Kənd toyuqları”nı bu vannalarda “istehsal edirmişlər”

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayon

arrow Ətraflı
Birinin 58, digərinin 52 yaşı var  inanmaq olmur like
  • 23 Dek 17:00  
Şou-biznes Birinin 58, digərinin 52 yaşı var inanmaq olmur

52 yaşlı məşhur ispan aktrisa Penelopa Kruz və 58 yaşlı amerikalı aktris

arrow Ətraflı
Sayman Aruz sədr vəzifəsindən çıxarıldı, yerinə Sabir Rüstəmxanlı seçildi like
  • 23 Dek 16:56  
Digərləri Sayman Aruz sədr vəzifəsindən çıxarıldı, yerinə Sabir Rüstəmxanlı seçildi

Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.

arrow Ətraflı
Milyonluq qaçaqmalçılıq zənciri ifşa edildi, vəzifəli şəxslər məsuliyyətə cəlb olundu like
  • 23 Dek 16:56  
Digərləri Milyonluq qaçaqmalçılıq zənciri ifşa edildi, vəzifəli şəxslər məsuliyyətə cəlb olundu

Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması,

arrow Ətraflı
“Şəhərsalma və Memarlıq İli” problemlərin həlli üçün real imkan yaradır like
  • 23 Dek 16:48  
Siyasət “Şəhərsalma və Memarlıq İli” problemlərin həlli üçün real imkan yaradır

"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin

arrow Ətraflı
Azərbaycana narkotik keçirən İran vətəndaşı saxlanıldı like
  • 23 Dek 16:44  
Digərləri Azərbaycana narkotik keçirən İran vətəndaşı saxlanıldı

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�

arrow Ətraflı