Bakıda maşın piyada zolağında kişini vurdu


Digərləri 23 Dek 2025 16:34:00 64 0

Bakıda maşın piyada zolağında kişini vurdu

Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əksər hissəsi yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir və ağır nəticələrlə müşayiət olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən Son.az-a verilən xəbərə görə, Bakı-Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sırasında sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur.

Piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır.

Nəzərə alınmalıdır ki, sürücünün verdiyi hər bir qərar, sükan arxasında göstərdiyi hər bir davranış birbaşa insan həyatına təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi zəruridir.

Eyni zamanda, piyadalar da yol hərəkətinin iştirakçısı kimi üzərlərinə düşən məsuliyyəti unutmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini real qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Aparılan müşahidələr və təhlillər göstərir ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyada arasında diqqət və qaydalara əməl edilməsi insan həyatının qorunmasında həlledici rol oynayır.

Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını qaydalara ciddi əməl etməyə, insan həyatına biganə yanaşmamağa çağırır.


Xəbərə aid foto

Çay və qəhvənin hansı halda xərçəng yaratdığı like
  • 23 Dek 16:30  
Digərləri Çay və qəhvənin hansı halda xərçəng yaratdığı

Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri

arrow Ətraflı
Siqaretin qiyməti yenə arta bilər like
  • 23 Dek 16:23  
Digərləri Siqaretin qiyməti yenə arta bilər

Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m

arrow Ətraflı
Ruslan Eyyubov bu maddələrlə  İttiham olunur like
  • 23 Dek 16:08  
Digərləri Ruslan Eyyubov bu maddələrlə İttiham olunur

Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru

arrow Ətraflı
"Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır" like
  • 23 Dek 16:00  
Şou-biznes "Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır"

Xalq artisti Eyyub Yaqubov səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb

arrow Ətraflı
"Dedi ki, 8 min manat ver, kanalımda veriliş apar" like
  • 23 Dek 15:49  
Şou-biznes "Dedi ki, 8 min manat ver, kanalımda veriliş apar"

Aparıcı və prodüser Sayqa Cahid sosial şəbəkədə maraqlı açıqlama ver

arrow Ətraflı
Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi like
  • 23 Dek 15:45  
Digərləri Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq

arrow Ətraflı
Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub like
  • 23 Dek 15:34  
Digərləri Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında

arrow Ətraflı
İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib like
  • 23 Dek 15:28  
Siyasət İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Canlı yayımda rəzillik: “Uşaq sənin deyil” like
  • 23 Dek 15:10  
Digərləri Canlı yayımda rəzillik: “Uşaq sənin deyil”

Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca

arrow Ətraflı