Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olunub


Digərləri 23 Dek 2025 13:21:00 83 0

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olunub

Asya Əhmədovanın "Sən Vətənsən" adlı poeması oxuculara təqdim olunub.

Son.az xəbər verir ki, poema Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin xatirəsinə həsr olunub. Kitabda real hadisələrə əsaslanaraq birinci Qarabağ müharibəsinin ağrı-acısı, çətinlikləri və ikinci Qarabağ müharibəsində Zəfərə gedən yol bədii dildə təsvir edilib.

Əsərdə 1993-cü ilin oktyabrında öz yurd-yuvasından qovulan, soyuq, yağışlı payız günlərində evsiz-eşiksiz qalan, düşmən əlinə keçməmək üçün Araz çayına üz tutan çarəsiz insanların başına gələnlər, əhalinin sağ qalması üçün canını fəda edən qəhrəman oğullar və kəndləri ermənilər tərəfindən işğal olunarkən hələ 5 yaşı olan balaca Surxayın bir zabit kimi yetişərək torpaqların azad edilməsində göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur. Baş qəhrəman Surxay Noçuyevin timsalında 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının döyüş yolu yad olunur. Poemada güclü vətənpərvərlik hissi, şəhidlərimizə hörmət, ehtiram və zəfər təntənəsinə böyük rəğbət hissi vardır. Kitabda poema janrına xas olan həm dolğun epik lövhələr, canlı döyüş səhnələri, həm də lirik ricətlər, şeirlər rəvan bir dillə təsvir olunmuşdur.

Əhmədova Asya Humayaq qızı 23 noyabr 1975-ci ildə Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyası adlanır) Politologiya fakultəsini bitirib. Ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında redaktor, Azərbaycan Respublikası Dövlət Film Fondunda kadrlar işi üzrə mütəxəssis vəzifələrində çalışıb.

A.Əhmədova 20 ildən artıqdır ki, elm sahəsində fəaliyyət göstərir. AMEA-nin Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşıdır. Hazırda İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi və Həmkarlar Təşkilatının sədri vəzifələrini icra edir.

Elmi işlərlə bərabər publisist yazıları və şeirləri ilə də ara-sıra mətbuatda çıxış edir. Ailəlidir, iki övladı var.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı like
  • 23 Dek 13:14  
Digərləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
Yeni aldığı avtomobillə qəzaya düşdü  Son anda xilas oldu like
  • 23 Dek 13:00  
Şou-biznes Yeni aldığı avtomobillə qəzaya düşdü Son anda xilas oldu

Hülya Avşar 10 oktyabrda ad günü hədiyyəsi olaraq özünə aldığı 10 mi

arrow Ətraflı
Bir reklamdan 4 milyon 200 min manat qazanacaq like
  • 23 Dek 12:30  
Şou-biznes Bir reklamdan 4 milyon 200 min manat qazanacaq

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni reklam layihəsindən əl

arrow Ətraflı
Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq like
  • 23 Dek 12:25  
Digərləri Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq.

arrow Ətraflı
64 yaşlı kişi pilləkəndən yıxılıb öldü like
  • 23 Dek 12:23  
Digərləri 64 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Bakıda 64 yaşlı kişi pilləkəndən yıxılıb.

arrow Ətraflı
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?  AÇIQLAMA like
  • 23 Dek 12:20  
Digərləri ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək? AÇIQLAMA

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ild�

arrow Ətraflı
KasımJomart Tokayev Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 11:46  
Siyasət KasımJomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respu

arrow Ətraflı
Tramp Ağ Evin açarını görün kimə hədiyyə edib like
  • 23 Dek 11:41  
Digərləri Tramp Ağ Evin açarını görün kimə hədiyyə edib

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə həd

arrow Ətraflı
Yaponiyada universitetdə partlayış  Yaralılar var like
  • 23 Dek 11:35  
Dünya Yaponiyada universitetdə partlayış Yaralılar var

Yaponiyanın "Naqoya" universitetində partlayış baş verib.

arrow Ətraflı
Müavinat, təqaüd və ünvanlı yardımlar bu tarixdə veriləcək like
  • 23 Dek 11:30  
Digərləri Müavinat, təqaüd və ünvanlı yardımlar bu tarixdə veriləcək

Müavinat, təqaüd, kompensasiya və ünvanlı yardımlar veriləcəyi tarix a�

arrow Ətraflı
"İçərişəhər"də yeni muzeylər yaradılacaq like
  • 23 Dek 11:21  
Digərləri "İçərişəhər"də yeni muzeylər yaradılacaq

"İçərişəhər"də yeni muzeylər yaradılacaq.

arrow Ətraflı
Milli Məclis Prezidentə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb like
  • 23 Dek 11:12  
Siyasət Milli Məclis Prezidentə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb

Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik m

arrow Ətraflı
Azərbaycanın məşhur alimi vəfat etdi like
  • 23 Dek 11:06  
Digərləri Azərbaycanın məşhur alimi vəfat etdi

Azərbaycanın məşhur alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Fik

arrow Ətraflı