Xalq artisti Məcnun Kərimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO
Kriminal 23 Dek 2025 00:37:00 104 0
Beynəlxalq Muğam Mərkəzində musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Xalq artisti, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Mizeyinin Qədım Musiqi Alətləri Ansamblının yaradıcısı, bədii rəhbəri (1996- 2013) Məcnun Kərimovun (1945 - 2013) -80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli çıxış edərək Məcnun Kərimovun həyat və fəaliyyətindən danışıb. Onun görkəmli tarixçilər, musiqişünaslarla birgə qədim musiqi alətlərini bərpa etmək üçün xüsusi laboratoriya yaratdığını, qədim dövr musiqiçilərimizin istifadə etdiyi alətlərimizi yenidən bərpa etdiyini diqqətə çatdırıb. Çıxışlarda bildirilib ki, onun zəhməti nəticəsində çəng, Şirvan tamburu, çəqanə, çonqur, rübab, səntur, barbəd, qopuz və digər musiqi alətlərinə yeni həyat bəxş edilib. Onun zəhməti nəticəsində yaradılan Qədim Musiqi Alətləri Dövlət Ansamblı nəyinki ölkəmizdə, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təbliğ edir.
Bu xəbəri də oxu: Ankarada küçələrdən birinə Üzeyir Hacıbəylinin adı verilib
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızının aparıcılığı ilə keçən gecənin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblı ( bədii rəhbər, Xalq artisti Munis Şərifov), solistlər Xalq artisti Teyyub Aslanov, əməkdar artist Nuriyyə Hüseynova çıxış edib. Tədbirin Məcnun Kərimimovun yaradıcılığını əks etdirən videoslaydın nümayişi ilə başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Son.az xəbər verir ki, lent.az-ın müsahibi deputat Elman Nəsirovdur.
öMərhum deputat, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu
Son.az 23 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Zeynəb
Qazaxda maşının divara çırpılması nəticəsində bir nəfər ölüb, biri
Son zamanlar fit görünüşü və yüksək enerjisi ilə diqqət çəkən türk
Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən "AzCosm
Hər birimiz həyatımızda ən azı bir dəfə hansısa maddi və ya mənəvi d
Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçu
Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik
