Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? Vacib DETALLAR
Digərləri 22 Dek 2025 14:20:00 81 0
Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşdan keçən Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, uşağın doğumu ilə bağlı atalara ödənişli məzuniyyət hüququnun verilməsi nəzərdə tutulur.
Bu xəbəri də oxu: Avro bahalaşdı, rubl ucuzlaşdı Bəs dollar?
Bəs, atalıq məzuniyyətinin müddətin və ödənişin hesablanma qaydası necədir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Son.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə, xüsusilə Əmək Məcəlləsinə əsasən, indiyədək atalara uşağın doğulduğu günə təsadüf edən dövrdə 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulurdu.
Deputat qeyd edib ki, hazırda Əmək Məcəlləsinin 125-ci maddəsinə "Hamiləliyə və doğuşa görə məzuniyyətlər"lə bağlı dəyişiklik edilməsi təklif olunub və bu dəyişiklik artıq birinci oxunuşda qəbul edilib. Təklif olunan dəyişikliklərə əsasən, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.
Bundan əlavə millət vəkili nəzərə çatdırıb ki, dəyişikliklərdən əvvəl də Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, həyat yoldaşı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilməsi mümkündür. Bu baxımdan, ataların həm ödənişli, həm də mövcud qanunvericiliklə nəzərdə tutulan ödənişsiz məzuniyyət hüququnun saxlanılması mühüm əhəmiyyət daşıyır:
"Qanunvericilikdə atalıq məzuniyyətinin müddəti və başlanma vaxtı dəqiq müəyyənləşdirilir, onun tətbiq mexanizmi isə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi təlimat və qərarlar əsasında həyata keçirilir. Digər texniki və icra məsələləri də məhz bu mexanizm çərçivəsində tənzimlənir".
Xəbər verdiyimiz kimi, müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadl
Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın aza
ATV-də yayımlanan "Bizimləsen" verilişində bu dəfə də gərgin
"İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin inşas
Meyxanaçı Sadıx Mustafayev övladı ilə bağlı paylaşımı ilə diqqət ç
2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələ
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edil
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövd
Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsind�
Sənətçi Aşıq Namiq Fərhadoğlu yenidən televiziya ekranlarına qayıdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Az�
Kanadanın Kvebek şəhərindən olan 20 yaşlı Brenda Aubin‑Veqa lotereyada
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikas�
