Anar Əsədli məhkəmədə ifadə verdi
Digərləri 19 Dek 2025 19:09:00 93 0
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Bakıda Beynəlxalq ElmiPraktik Konqres keçirilir
Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədli ifadə verib.
O bildirib ki, zərərçəkən şəxsləri illərdir ki, tanıyır: "Zərərçəkmiş deyilən şəxslərlə illərdir dostluq münasibətim vardı. Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı. İlham Hüsynli mənə "siyasi liderim" deyirdi. Amma bu gün mənim həbsimə çalışır. Etibarla (Anar Əsədlinin işi üzrə zərərçəkən qismində tanınan Etibar Nəsirov-red.) 2017- 2018-də tanış olmuşam, yaxın münadibətimiz olub. Atam rəhmətə gedəndə ondan 5000 aldım, 2 minini verdim, 3 mini qaldı. Pulu ona qaytaranda isə götürmədi. Mənim günahım o idi ki, onlara inanmışam.
2022-ci ilin oktaybrında keçmiş nazirlərdən biri çağırdı məni, dedi ki, Oqtay Qasımov səndən şikayətçidir, pul söhbəti var. Zəng vurdum Oqtaya, dedi ki, olmayıb elə söhbət. Oqtay Qasımovun iddia etdiyi bütün məbləğ qaytarılıb. İlhamın da pulu qaytarılıb. Etibarın da 3 min manatını qaytarmışam, pulu götürməyib. Onun niyyəti pisdir. İstəyir ki, məni həbs etdirsin. Oqtay müsahibəsində deyib ki, Anar Əsədli və onun müavinini rədd edin, bunlar təhlükəlidirlər".
Prosesin davamında vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsavət verib.
Vəsatət təmin edilməyib.
Növbəti proses yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib. (APA) Son.az
Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirl
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üç�
Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zor
Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüq
2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış "Milli Au
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi il
Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə K
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə mə
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d
Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.
İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi
