İlham Əliyevə təbriklər gəlməkdə davam edir YENİLƏNİR


Siyasət 19 Dek 2025 13:51:00 60 0

İlham Əliyevə təbriklər gəlməkdə davam edir  YENİLƏNİR

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi dərin hörmət və ehtiramla salamlayır, doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının daha da inkişafı üçün fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bu il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin 5-ci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Sizin uzaqgörən siyasətiniz, əzminiz, qətiyyətiniz və xalqın milli birliyi bu möhtəşəm Zəfərin reallaşmasında mühüm rol oynamışdır. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu Qələbə müdrik rəhbərliyinizin parlaq təcəssümüdür.

Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə də səmimi-qəlbdən təbrik edir, xalqın həmrəyliyinin, milli birliyinin daha da möhkəmlənməsini, ölkənin davamlı şəkildə böyük nailiyyətlər, zəfərlər qazanmasını arzu edirik".

xxx

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən təbrik edirəm. Sizin sayənizdə Azərbaycan bu gün dünyada öz sözünü qətiyyətlə deyən, haqqını qoruyan, xalqını birləşdirən bir dövlət kimi tanınır və ucalır. Biz harada yaşamağımızdan asılı olmayaraq bu ucalığın bir parçası olmaqdan qürur duyuruq.

Sizin rəhbərliyinizlə Azərbaycan son beş ildə tarixinin ən parlaq səhifələrindən birini yazdı. Beş il əvvəl qazandığımız Zəfər təkcə hərbi qələbə deyil, həm də uzun illər boyu ürəklərdə yaşayan haqq-ədalətə qovuşma arzusunun reallığa çevrilməsidir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd edilməsi isə həmin Zəfərin mənəvi davamı, dövlətimizin əzmkarlığının və iradəsinin daha bir göstəricisidir. Sanki Zəfərdən doğan işıq bu dəfə dövlətçilik sütunlarımızı daha da möhkəmləndirir, suverenliyimizin səsi hər bir azərbaycanlının qəlbində yenidən ucalır. Biz bu ili yalnız təqvimdə yox, ruhumuzda, yaddaşımızda, dövlətçilik sevgimizdə qeyd edirik. Dünyanın müxtəlif guşələrində yaşayan biz azərbaycanlılar Vətənlə aramızdakı məsafələrə baxmayaraq, Sizin qətiyyətli siyasətinizlə güc tapırıq. Hər çıxışınız, hər addımınız bizim üçün ruh yüksəkliyi, ilham mənbəyi olur. Biz Sizi dəstəkləməklə təkcə bir liderə yox, həm də Vətənimizin əzəmətinə, gücünə, gələcəyinə inamımızı ifadə edirik.

Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, 2026-cı ildə Sizə və ölkəmizə daha böyük zəfərlər, xalqımıza firavanlıq arzu edirik".

xxx

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəray Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

ABŞ-nin Yuta ştatında yaşayan azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Biz, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar Sizin xarici siyasətinizin uğurlarını, milli dəyərlərə söykənən inkişaf strategiyanızı, rəhbərliyinizlə həyata keçirilən islahatları, dövlətimizin keçdiyi inkişaf yolunu böyük qürurla izləyirik. Azərbaycan bu gün dünyada güclü və etibarlı dövlət kimi tanınır. Vətənimizin nailiyyətləri bizi çox sevindirir.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beş illiyini qeyd etdiyimiz şanlı Zəfər qətiyyətinizin, uzaqgörənliyinizin və milli maraqlara möhkəm bağlılığınızın nəticəsidir. Azərbaycan xalqının uzun illər həsrətində olduğu torpaqlar azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Zəfər Günü yalnız hərbi qələbəmiz deyil, həm də milli birliyimizin, xalq-dövlət həmrəyliyinin parlaq təcəssümüdür. Bu möhtəşəm günün yaratdığı tarixi qüruru yaşayırıq və bu qürurun memarı kimi Sizin liderliyinizi alqışlayırıq.

Son illər Azərbaycan ilə Yuta ştatı arasında formalaşmağa başlayan əlaqələr bizi xüsusilə sevindirir. İqtisadiyyat, təhsil, mədəniyyət sahələrində yaranan bu yeni əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inanırıq.

Cənab Prezident, Sizin prinsipial mövqeyiniz, Qarabağın yenidən qurulması istiqamətində gördüyünüz işlər və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bizim üçün böyük motivasiya mənbəyidir. Biz, Yutada yaşayan azərbaycanlılar daim Vətənimizin yanındayıq.

Doğma Azərbaycanımızın gələcək inkişafı yolunda Sizə yeni-yeni nailiyyətlər arzulayırıq. Qoy ölkəmiz daim güclü və qüdrətli, xalqımızın birliyi və bütövlüyü əbədi olsun!"

xxx

Rusiyanın "Komsomolskaya pravda" media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Ən səmimi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və bütün arzularınızın asanlıqla reallaşmasını diləyirəm.

"Komsomolskaya pravda"nın bu xüsusi yubiley ilində Sizə dostluğunuza görə səmimi-qəlbdən təşəkkür edirəm".

xxx

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Qarabağ Zəfəri ilə müasir Azərbaycan dövlətçiliyinin qüdrətini bütün dünyaya nümayiş etdirmiş Lider, Türk dünyasının qürur mənbəyi olaraq Sizin qətiyyətli və uzaqgörən siyasi rəhbərliyinizlə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik yolunu tarixi Zəfərlə başa çatdıraraq 30 illik işğala son qoymuşdur. Bu möhtəşəm nailiyyət milli tariximizdə mühüm dönüş nöqtəsi olmaqla yanaşı, Türk dünyasının ortaq yaddaşında da silinməz iz buraxmışdır və xalqın birliyinin, siyasi iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümüdür.

Bu əlamətdar gündə Türk Dövlətləri Parlament Assambleyası adından Sizi təbrik etməklə yanaşı, qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə yazılmış Zəfər salnaməsi Türk dünyasında mənəvi həmrəyliyin möhkəmlənməsinə, ortaq dəyərlər ətrafında daha sıx birləşməyə və gələcəyə birlikdə inamla addımlamağa mühüm töhfə vermişdir. Bu gün Türk dünyası Sizin liderliyinizə və xidmətlərinizə dərin ehtiramla və minnətdarlıqla yanaşır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, uzun və gümrah ömür, Azərbaycan Respublikasının davamlı inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

xxx

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük, qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən, enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir liderin yoludur.

Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail olmuşdur.

Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti yüksək dəyərləndirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.

Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.

Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Şahin Bağırov Pərviz Qədirov İŞDƏN ÇIXARDI like
  • 19 Dek 13:50  
Digərləri Şahin Bağırov Pərviz Qədirov İŞDƏN ÇIXARDI

Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib.

arrow Ətraflı
“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb” like
  • 19 Dek 13:49  
Digərləri “Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

"Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb".

arrow Ətraflı
Fətullah Gülənin qardaşı oğlu saxlanıldı like
  • 19 Dek 13:39  
Digərləri Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

"Silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda o

arrow Ətraflı
Tanınmış aktrisa da saxlanıldı  FOTO like
  • 19 Dek 13:25  
Şou-biznes Tanınmış aktrisa da saxlanıldı FOTO

İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkoti

arrow Ətraflı
Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 19 Dek 13:21  
Siyasət Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbayca

arrow Ətraflı
Azərbaycanda uşaq ölümlərinin sayı 30 faiz azaldı like
  • 19 Dek 13:20  
Digərləri Azərbaycanda uşaq ölümlərinin sayı 30 faiz azaldı

"Uşaq ölümlərinin sayı 30 faiz azalıb"   Son.az xəbər verir

arrow Ətraflı
Mixail Mişustin Prezident İlham Əliyevi təbrik edib like
  • 19 Dek 13:19  
Siyasət Mixail Mişustin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Azərbaycan Respublik

arrow Ətraflı
Volodimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 19 Dek 13:16  
Siyasət Volodimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Preziden

arrow Ətraflı
İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılıb  TƏBİBdən açıqlama like
  • 19 Dek 13:12  
Digərləri İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılıb TƏBİBdən açıqlama

"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidm

arrow Ətraflı
Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib like
  • 19 Dek 13:11  
Siyasət Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikas�

arrow Ətraflı
"Bu tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub" like
  • 19 Dek 13:09  
Digərləri "Bu tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub"

"İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətləri

arrow Ətraflı
Yemək üçün birbirilərini əzdilər like
  • 19 Dek 13:00  
Dünya Yemək üçün birbirilərini əzdilər

Hindistanın Qucarat əyalətində bir Hindu məbədində ibadətdən sonra payl

arrow Ətraflı
Lukaşenko Azərbaycan Prezidentini təbrik etdi like
  • 19 Dek 12:59  
Siyasət Lukaşenko Azərbaycan Prezidentini təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyev�

arrow Ətraflı
Azərbaycanda vərəm xəstələrinin sayı artır like
  • 19 Dek 12:55  
Digərləri Azərbaycanda vərəm xəstələrinin sayı artır

"Ölkə üzrə 3500-dən çox vərəmli xəstə dispanser qeydiyyatına al�

arrow Ətraflı