Soba içindəki inadkar yağı təmizləməyin 5 effektiv yolu
Digərləri 19 Dek 2025 08:21:00 97 0
Zamanla sobanın iç səthində yığılan yağ və çirk qalıqları həm gigiyena baxımından problem yaradır, həm də xoşagəlməz qoxulara səbəb olur. Lakin bir neçə sadə və təsirli üsulla bu inadkar yağları asanlıqla təmizləmək mümkündür.
Bu xəbəri də oxu: İnfarkt keçirənlərin ortaq vərdişi
Son.az xəbər verir ki, sirkə, qabartma tozu, limon suyu və buxar kimi təbii vasitələr sobanın içini kimyəvi maddələrə ehtiyac olmadan parlaq hala gətirə bilər.
Soba içini təmizləməyin təsirli üsulları 1. Sirkə ilə təmizləmə
Sobanın iç səthi sirkə ilə asanlıqla təmizlənə bilər. Sirkə yağları yumşaltmaqda çox təsirlidir. Su ilə qarışdırılmış sirkə sprey vasitəsilə sobanın içərisinə püskürdülür. Bir müddət gözlədikdən sonra nəm parça ilə silindikdə yağlar rahatlıqla çıxır. Bu üsul həm təmizlik, həm də dezinfeksiya effekti verir.
2. Qabartma tozu (soda) istifadə etmək
Qabartma tozu yağ və kirin yumşalmasına kömək edir. Su ilə qarışdırılaraq məcun halına gətirilir və sobanın iç səthinə sürtülür. Bir neçə saat gözlədikdən sonra yaş süngərlə silinir. Bu üsul ən çətin ləkələri belə aradan qaldırır.
3. Limon suyu ilə parlatma
Limon suyu təbii turşuluğu sayəsində yağların həll olunmasına kömək edir. Sobanın bütün iç səthinə çəkilir və qısa müddət gözlənilir. Daha sonra nəm parça ilə silinir. Nəticədə həm təmizlik təmin olunur, həm də xoş sitrus qoxusu qalır.
4. Buxar üsulu ilə təmizləmə
Buxar üsulu kimyəvi maddə istifadə etmədən effektiv nəticə verir. Sobanın altına içi su dolu qab qoyularaq aşağı temperaturda işlədilir. Yaranan buxar yağları yumşaldır. Daha sonra səthlər parça ilə silinərək təmizlənir.
5. Soba üçün xüsusi təmizləyici sprey
Xüsusi soba təmizləyici spreylər yağların tez həll olunmasını təmin edir. Sprey səthə püskürdülür, üzərində göstərilən müddət qədər gözlənilir və sonra nəm parça və ya süngərlə silinir. Bu üsul vaxt qazandırır və çox çətin yağları belə asanlıqla təmizləyir. Lalə Qüdrətova Son.az
Gündə üç dəfə yeməkdən imtina insanın maddələr mübadiləsini pozaraq
Tavada balıq qızardarkən yaranan kəskin qoxu mətbəxdə uzun müddət qalar
Qaraciyərdə piy yığılmasını azaldan pəhriz müəyyən edilib.
Kartof püresi - qaynadılmış kartof, kərə yağı və süd ilə hazırlanan,
Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş
Prostatitin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edilib.
Evimizdə istifadə etdiyimiz zibil qabları zamanla içərisində bakteriyalar�
Hollivudun məşhur siması Ancelina Coli "Time France" jurnalının y
Pendirin istehlakı demensiyanın qarşısını almağa kömək edə bilər.
Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçi
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənist
Qusarın Hil kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum
"Oskar" mükafatlı aktyor Leonardo DiKaprio kino tarixinin ən ikonik
Qızartma yağı hər dəfə qızdırıldıqda təkcə isinmir, həm də qurulu�
