Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
Digərləri 18 Dek 2025 01:05:00 86 0
Narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində test nəticələri müsbət çıxan tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci ifadə verdikdən sonra məhkəmənin qərarı ilə həbs olunub.
Bu xəbəri də oxu: Əməkdar artist vəfat etdi
Son.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Cebeci ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gətirilib. Ədli Tibb Qurumunda aparılan analizlər zamanı onun saç nümunəsində marixuana, sintetik narkotiklər, kokain və bu maddələrin metabolitləri aşkar edilib.
Prokurorluqdakı ifadəsi başa çatdıqdan sonra Sülh Cəza Hakimliyinə sevk edilən spiker Ela Rümeysa Cebeci, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə məhkəmə qərarı əsasında həbs edilib.
İstanbul Respublika Baş Prokurorluğu məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində əldə olunan əlavə sübutlar əsasında Cebeci bu gün yenidən dindirilib və ona qarşı irəli sürülən ittiham üzrə həbs qətimkan tədbiri seçilib.
Aparılan istintaq çərçivəsində spikerlər Meltem Acet və Hande Sarıoğlu da saxlanılıb. Meltem Acetin narkotik testinin nəticələrinin mənfi olduğu bildirilib.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun narkotik istintaqı çərçivəsində Mehmet Akif Ersoy və daha üç nəfər saxlanılmışdı. Bu prosesdən sonra Ersoy Habertürk TV-nin baş redaktoru vəzifəsindən uzaqlaşdırılmışdı.
Mehmet Akif Ersoy barəsində "narkotik istifadəsi üçün yer və şərait yaratmaq", "ətrafındakı qadınları cinsi münasibətlərə məcbur edərək maddi və sektoral maraqlar əldə etmək" və "cinayətkar qrup yaratmaq və idarə etmək" ittihamları irəli sürülmüş və o, məhkəmə qərarı ilə həbs edilmişdi. Lalə Qüdrətova Son.az
Venesuela Prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatının Ba
Dünya futbolunun canlı əfsanəsi Lionel Messi Hindistana səfəri çərçivə
Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqlar
Mərhum türkiyəli aktyor Kemal Sunalın süni intellekt vasitəsilə yaradıla
Ağdamda minaya düşdükdən sonra yanan traktor olan ərazi nəzarətə götü
Son.az 18 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
ABŞ astronomları "James Webb" teleskopu vasitəsilə mövcudluğu m�
"Könül Kərimovadan, Elnarə Abdullayevadan, aparıcı Afaq, Nanə, Zaur
ABŞ-də siyasi gərginlik fonunda Venesuela ilə bağlı ciddi iddialar səsl�
Televiziya aparıcısı və prodüser Acun Ilıcalının sosial şəbəkədə pa
Yalovada evinin pəncərəsindən yıxılaraq həyatını itirən, səhnə adı
Pis yuxu rejimi beynin "təmizlənməsinə" mane olur və toksinlərin
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə
Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqız
