UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib


Siyasət 15 Dek 2025 20:18:00 82 0

UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations Office for South-South Cooperation (UNOSSC)) 2025-ci ilin aprelində Bakıda 116 ölkədən QHT-lər tərəfindən təsis edilmiş Qlobal Cənub QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib. UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib.  BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən yayması ilk dəfədir baş verir.  Qeyd edək ki, dünya əhalisinin 80%-nin yaşadığı - Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi narahatlıq doğurur. Mövcud dezinteqrasiya prosesləri fonunda qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədəni müxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarının yaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürü kimi olduqca əhəmiyyətlidir.  Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfə ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edib. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi yox idi. Qlobal Cənub QHT Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi "Bandunq prinsipləri"nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. 

Onu da qeyd edək ki, bu ilin mayında  Nyu-Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayan açıqlama ilə çıxış etmişdi. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdı.

UNOSSC-un öz rəsmi saytında GSNP barədə yerləşdirdiyi məlumat bir daha nümayiş etdirir ki, bu Platformanın fəaliyyəti qısa müddətdə qlobal diqqət qazanıb. Son.az  

Qədim Çin işgəncəsi  Əsirlərə 4 həftə yeməyə ancaq ət verirdilər like
  • 15 Dek 20:12  
Digərləri Qədim Çin işgəncəsi Əsirlərə 4 həftə yeməyə ancaq ət verirdilər

4 həftə boyunca ancaq ət yeyən əsirlər ağrıya dözməyərək ölüblər.

arrow Ətraflı
Komandasının hər üzvünə 100 min dollar bonus payladı like
  • 15 Dek 19:58  
Şou-biznes Komandasının hər üzvünə 100 min dollar bonus payladı

Dünyaca məşhur müğənni Teylor Svift  "The Eras Tour" çərçiv�

arrow Ətraflı
Azyaşlı itib  Valideynləri axtarılır like
  • 15 Dek 19:36  
Digərləri Azyaşlı itib Valideynləri axtarılır

Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisi

arrow Ətraflı
Tom Kruza bəd like
  • 15 Dek 19:30  
Şou-biznes Tom Kruza bəd

Hollivud ulduzu Tom Kruzun və rejissor Doq Limanın birgə üzərində çalış

arrow Ətraflı
Prezidentin generalleytenant rütbəsi verdiyi Abdullayev kimdir? like
  • 15 Dek 19:22  
Digərləri Prezidentin generalleytenant rütbəsi verdiyi Abdullayev kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəla

arrow Ətraflı
DİN və prokurorluq həmin qətllə bağlı məlumat yaydı like
  • 15 Dek 19:09  
Digərləri DİN və prokurorluq həmin qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilmiş qətll

arrow Ətraflı
Vüqar Əhməd saxlanıldı  AÇIQLAMA like
  • 15 Dek 19:04  
Digərləri Vüqar Əhməd saxlanıldı AÇIQLAMA

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

arrow Ətraflı
Balakəndə ağır qəza  ölən və yaralananlar var like
  • 15 Dek 19:02  
Digərləri Balakəndə ağır qəza ölən və yaralananlar var

Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində &q

arrow Ətraflı
"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..." like
  • 15 Dek 19:00  
Digərləri "Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

Bəzi vitamin və qida əlavələri dərmanlarla birləşdirilməməlidir.

arrow Ətraflı
19 yaşlı qız dəm qazından öldü like
  • 15 Dek 18:51  
Digərləri 19 yaşlı qız dəm qazından öldü

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Gültəkin Hacıbəyli deportasiya olunur like
  • 15 Dek 18:46  
Digərləri Gültəkin Hacıbəyli deportasiya olunur

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən de

arrow Ətraflı
Yanan binanın sakinlərinə təzminat ayrıldı like
  • 15 Dek 18:39  
Digərləri Yanan binanın sakinlərinə təzminat ayrıldı

Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvan

arrow Ətraflı
" 55 min manatlıq xına mərasimləri təşkil edirəm" like
  • 15 Dek 18:30  
Şou-biznes " 55 min manatlıq xına mərasimləri təşkil edirəm"

Şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gə

arrow Ətraflı
Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlandı like
  • 15 Dek 18:19  
Digərləri Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının &qu

arrow Ətraflı
Gəncə Hava Limanında like
  • 15 Dek 18:10  
Digərləri Gəncə Hava Limanında

Gəncə Hava Limanında ölüm hadisəsi baş verib.

arrow Ətraflı