Həmin adət bizə ermənilərdən keçib Yas və toy mübahisəsi böyüyür AÇIQLAMA
Digərləri 15 Dek 2025 12:26:00 84 0
"Toyun toy, yasın yas yeri var. Toyun öz adətləri, yasın da öz adətləri var. Bunlar gərək qarışdırılmasın. Hər ikisində əndazəni aşmaq olmaz".
Bu xəbəri də oxu: TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi
Bu sözləri Son.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, bəzən toylarda qonaqlar əlində badə tutduğu halda masabəyi şəhidləri yad etmək haqda elan verir. Bu yerində olan adət deyil:
"Toy başlamamış Vətən yolunda canını fəda edən şəhidlərimizi sükutla yad etmək olar, yoxsa məclisin ortasında, mey məclisində deyil".
İlahiyyatçı həmçinin bildirib ki, bəzən də cavan adam vəfat edəndə toy kimi musiqi ansamblı dəvət edirlər. Qeyd edib ki, bu, Sovet vaxtı ermənilərdən keçib və onlar çox zaman musiqi ilə dəfn edirlər. Lakin İslama uyğun deyil.
"İstisna hallarda aşıqlar, şairlər öz vəsiyyəti əsasında sazla dəfn olunur, bunu hardasa başa düşmək olar. Amma onu da ənənəyə çevirmək, hamıya şamil etmək olmaz. Yoxsa yasa dəf, klarnet, qarmon gətirmək, cənazəni musiqi sədaları altında yola salmaq dini cəhətdən qəbahət sayılır".
T.İrfan hesab edir ki, milli və dini adətlərimizi təhrif etmək dinimizə də hörmətsizlikdir:
"Belə şeylər guya təskinlik üçün edildiyi deyilir, amma əksinə, bu daha da ağrını, acını, kədəri silinməz bir xatirəyə çevirib ağırlaşdırır. Həzrət Muhəmməd Peyğəmbər və onun Əhli Beytinin həyatında, buyuruqlarında musiqi ilə ölü dəfn etmək yoxdur. Müsəlman olduğumuz üçün gərək bu nümunələrə riayət edilsin".
Mina Mikayılova Son.az
Alimenti ödəməmək valideyn hüququndan məhrum edilmə ilə nəticələnə b
İstanbul Jandarmanın məşhur şəxsləri hədəf alan genişmiqyaslı narkoti
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə
Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.
Filippində güclü qasırğa qeyri-adi hadisə ilə nəticələnib.
VTB (Azərbaycan) 2025-ci ilin sonuna qədər yeni aksiyaya start verdi. Kampani
Müğənni Roza Zərgərli və Türkiyənin məşhur sənətçisi Emre Altuğ Ru
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun a
"Toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda s
Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ü
Xalq artisti Fatma Mahmmudova reabilitasiya mərkəzinə yerləşdirilib.
Broyler toyuqlarının yumurtasının qiyməti bahalaşıb.
