Saçları sürətlə gurlaşdıran çərəz: Hər gün bir ovuc yeyin
Digərləri 12 Dek 2025 03:03:00 52 0
Güzgüdə seyrəkləşən saç dibləri bir çox insan üçün narahatedici problemdir. Bu vəziyyətlə üzləşən gənc sosial media istifadəçisi - "Deni" adı ilə tanınan kontent yaradıcısı - iki il ərzində əldə etdiyi diqqətçəkici saç dəyişimini izləyiciləri ilə bölüşüb. Onun nəticələrini görənlər heyrətlərini gizlədə bilməyib.
Bu xəbəri də oxu: Bakıda yeniyetmə 16cı mərtəbədən yıxıldı
Son.az xəbər verir ki, Deni bahalı saç məhsullarına və ya "möcüzə" vəd edən formulalara yönəlmək əvəzinə, hər kəsin asanlıqla tətbiq edə biləcəyi, qənaətcil üsulları seçib. Paylaşımları qısa zamanda geniş maraq qazanıb.
Saçlarının əvvəllər çox incə telli və həcmsiz olduğunu deyən Deni hər daramada ovuclu saç töküldüyünü bildirir. Çarə axtaran gənc qadın ilk böyük fərqi qidalanma vərdişlərini dəyişdirdikdə görüb.
O, hər gün bir ovuc balqabaq tumu yeməyə başlayıb. Bu sadə addım saç köklərini gücləndirib və tökülməni azaldıb. Mütəxəssislər də balqabaq tumunun tərkibindəki sink və faydalı yağ turşularının saç tellərini möhkəmləndirdiyini təsdiqləyir. Daimi qəbul saçın daha qalın, sağlam və davamlı görünməsinə kömək edir.
Deninin saç rutinində izləyicilərin ən çox maraqlandığı məqamlardan biri duş vərdişləri olub. O, saçlarını yumaqdan əvvəl mütləq quru şəkildə daradığını deyir. Bu üsul saç tellərinin suya məruz qalarkən daha az zədələnməsinə yardım edir. Duşdan sonra daraqda toplanan saçın azaldığı da bunun təsirli olduğunu göstərir.
Onun tətbiq etdiyi başqa bir vacib qayda isə şampun istifadəsi ilə bağlıdır. Deni şampunu yalnız saç diblərinə çəkir, saç uclarına isə şampun suyun təbii axışı ilə çatır. Bu texnika saç uclarının qurumasının, matlaşmasının qarşısını alır və saçların daha parlaq görünməsinə şərait yaradır.
Deni-nin diqqət çəkdiyi digər detallar isə saç kremi ilə bağlıdır. O, saç tam islaq olanda kremin təsirinin azaldığını görüb. Buna görə də əvvəlcə saçdakı artıq suyu sıxır, sonra krem tətbiq edir. Bu üsulun saç uclarının məhsulu daha yaxşı hopdurmasına və qidalanmasına kömək etdiyini bildirir.
Lalə Qüdrətova Son.az
Pulmonoloq Yelena Pyatikova süni Yeni il ağaclarının düşündüyümüz qəd
Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş ver
Təbii və keyfiyyətli zeytun yağında meyvəmsi qoxu hiss olunur. Bir çimd
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əli
Birinci vitse-prezident Mehriban Əliyeva 12 Dekabr - Ulu Öndər Heydər Əliye
Son.az 12 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün
İlk görüşə gedərkən hər bir kişi, təbii ki, yaxşı təəssürat yarat
"Bəzi müğənnilər var ki, vikpediyasında yazıb ki, məndən cavandır
Sabah paytaxtın iki rayonunda qaz təchizatı dayandırılacaq.
Sosial media və moda dünyasında sürətlə yüksələn adlardan biri olan, fa
Bu gün mandatı ləğv olunan Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsini
