İrandan Azərbaycana 54 kq narkotik keçirilməsinin qarşısı alındı
Kriminal 11 Dek 2025 13:14:00 65 0
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu xəbəri də oxu: Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir
Son.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılmış, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.
İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir.
Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopte
Müğənni Ülviyyə Namazova etirafı ilə təəccübləndirib.
Rusiya prezidenti Vladimir Putin bu gün Türkmənistana iki günlük səfər ed
Elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyəti dayandırıl
Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə
"Ləman Qulamovanın vəziyyəti ağır stabil olaraq qalır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkm�
Paysis MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xi
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəs
2027-ci il 2 avqust tarixində baş verəcək tam Günəş tutulması son 100
Əməkdar artist Dilarə Əliyeva ilə mərhum həyat yoldaşı, tanınmış akt
Son illər sağlam qidalanma trendlərinin əsas komponentlərindən biri kimi �
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş gener
