Azərbaycan və Rusiya XİNləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Siyasət 10 Dek 2025 22:22:00 97 0
Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev Keniya Prezidentini təbrik edib
Bu barədə Son.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İki ölkə liderləri arasında cari ilin 9 oktyabr tarixində Düşənbə şəhərində keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların ikitərəfli siyasi dialoqun əsasını təşkil etdiyi vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı həmçinin iki ölkə arasında iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bununla yanaşı, regional platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada aparılan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu rəqqasə Fatimə Fətəliyevanın i
Artıq bir neçə gündür ki, Azərbaycanda davam edən yağıntılı hava payt
Alimlər xəstənin öz hüceyrələrindən qan damarları formalaşdıran texno
Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürl
"Aşıqlar Birliyi"nin üzvü aşıq Avdı efirdə səsləndirilən b�
Sosial şəbəkədə 3-cü siniflərin Kiçik Summativ Qiymətləndirmə (KSQ) t
Kişilərin ata olma yaşını getdikcə daha çox gecikdirməsi reproduktiv sa�
Yaponiyanın Honsyu adasında 6,5 bal gücündə zəlzələ qeydə alını
Bakıya səfər edən məşhur türk aktrisası Sinem Kobal yenidən diqqət mə
Rusiyanın Sankt-Peterburq şəhərindəki Pravoberejnıy bazarında yanğın ba
Bakıda orta məktəb müəllimi Ofeliya Ağabala qızı Babayeva dünyasını d
"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" (OIC
Qoltuqaltı nahiyəsində dəri qaralması diabetin erkən əlaməti ola bilər.
