“CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub
Kriminal 10 Dek 2025 19:20:00 85 0
"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin "Bugün Güzel" filminin gala-gecəsi baş tutub.
Bu xəbəri də oxu: İrandan Azərbaycana 54 kq narkotik keçirilməsinin qarşısı alındı
Tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib. Premyerada filmin baş rollarını canlandıran Oğuzhan Koç və Ayça Ayşin Turan iştirak ediblər. Onlar qırmızı xalça üzərində tamaşaçılarla ünsiyyət qurub, jurnalistlərin suallarını cavablandırıb, filmin çəkiliş prosesi və Bakıya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Ekran əsərin rejissoru Mali Ergindir. "Bugün Güzel" - həyatın acı və şirin həqiqətlərinin sevgi, dostluq və sevinc sayəsində necə aşılacağını göstərən bir hekayədir. Bu film Əli Candemirin beyin şişi diaqnozu alandan sonra həyatın dəyərini yenidən kəşf etməsini göstərir. Uşaqlıq dostları və tibb bacısı Günəşin dəstəyi ilə o, yenidən ümidini bərpa edir və əmin olur ki, həyat onu yaxınlarla paylaşanda həqiqətən də məna dolu olur.
Tədbirin təşkilində Cinema Distribution, "MADO restoranı, foto və video çəkiliş - "Light in Black" kreativ şirkəti dəstək göstəriblər.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
"Nizami" Kino Mərkəzində Gənc Kinorejissorlar Mərkəzinin təşki
2 gündür səngimək bilməyən yağış 20 yanvar körpüsündə "şəla
Kate Winslet plastik əməliyyatları "epidemiya" adlandırıb.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald T
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçir
Bir müddət əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsə
Britaniyanın bestseller qadın yazıçısı Sofi Kinsella 55 yaşında vəfat e
Xəbər verdiyimiz kimi, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respubl
Bakıda fəaliyyət göstərən sığınacaqlardan birində qeydə alınan gör�
Sabah paytaxtın Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz
"What Car" ən etibarsız 5 elektrik krossoverini açıqlayıb.
"Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə
Beynəlxalq Muğam Mərkəzinin direktoru , Əməkdar artist, tarzən, Özbəkis
