Ankarada “Cənubi Qafqazda normallaşma prosesi” paneli keçirildi


Siyasət 10 Dek 2025 16:26:00 64 0

Ankarada “Cənubi Qafqazda normallaşma prosesi” paneli keçirildi

Ankarada Hacettepe Universiteti Türk Dövlətləri Gənclik Topluluğu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda Normallaşma Prosesi: Türkiyə-Azərbaycan əməkdaşlığının yaratdığı imkanlar" adlı panel keçirilib.

Son.az xəbər verir ki, tədbir Hacettepe Universitetinin Prof. Dr. Mehmet Yüksel adına Konfrans salonunda baş tutub.

Paneldə Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran, Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov, Türk Dünyası Gənclik Vəqfinin rəhbəri Ramazan İzol, AIR Center-in İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev, Hacettepe Universitetinin hüquq fakültəsinin müəllimi Dr. Bahadır Bumin Özarslan, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş direktor müavini səfir Ayşe Uzer, Hacettepe Universiteti Türkiyat Araşdırmaları İnstitutunun professoru Dr. Tufan Gündüz, Azərbaycan Dövlət Televiziyasının Sosial-Siyasi Proqramlar Studiyasının Tarix şöbəsinin rəhbəri Mahir Qəribov, Hacettepe Universiteti Strateji Araşdırmalar Mərkəzinin (HÜSAM) direktor müavini Dr. Özlem Pınar Oran, TİKA rəhbər müavini Dr. Rahman Nurdun, Trend Beynəlxalq Xəbər Agentliyinin baş direktor müavini Sahil Kərimli, akademiklər, tələbələr və qonaqlar iştirak ediblər. Panel çərçivəsində "Keçmişdən bu günə Türk dünyası" və "Türk dünyasında əməkdaşlıq imkanları" adlı iki sessiya təşkil olunub.

"Demirören xəbər agentliyi ilə ortaq media platformu"

Trend Beynəlxalq Xəbər Agentliyinin baş direktor müavini Sahil Kərimli "Türk dünyasında əməkdaşlıq imkanları" panelində çıxışı zamanı bildirib:

"Türkiyə və Azərbaycanın əməkdaşlığının daha da gücləndirilməsi vacib məsələdir. Bölgədə təhlükəsizlik, rifah və sülh üçün aktiv şəkildə çalışan əsas dövlətlər məhz Türkiyə və Azərbaycandır. Cənubi Qafqazda Ermənistanla olan problemlərin həllində Türkiyənin dəstəyinə güvənirik. Ermənistan-Azərbaycan münasibətlərində sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması həm regional təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət daşıyır.

Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq regional siyasətdə mühüm rol oynayır. Siyasi, iqtisadi, sosial və media sahələrində sıx əməkdaşlıq normallaşma prosesinə ciddi töhfə verir. Biz bu istiqamətdə səylərimizi daha da artırmalıyıq".

Sahil Kərimli əlavə edib ki, Trend Beynəlxalq Xəbər Agentliyi Türkiyənin Demirören Xəbər Agentliyi (DHA) ilə birlikdə ortaq media platforması yaradıb:

"Trend və DHA birlikdə dhapress.com saytını təsis edib. Türkiyədəki Albayrak Holdinqlə də ortaq media platformamız mövcuddur. Bu media qurumları dövlət başçılarımızın tövsiyələri əsasında formalaşdırılıb. Azərbaycan xəbərləri Türkiyə media platformalarında, Türkiyə xəbərləri isə Azərbaycan media platformalarında yayımlanır".

"Bugün üçün vacib olan yeni birlik platforması"

Trend rəsmisi daha sonra deyib: "Trend və DHA-nın ortaq media layihəsi müasir informasiya texnologiyalarına əsaslanan multimedia stok platformasıdır. Bu, bu gün üçün zəruri olan genişmiqyaslı media əməkdaşlığını özündə birləşdirən yeni modeldir. Artıq bu layihəyə digər ölkələr, o cümlədən türk dilində danışmayan dövlətlər də qoşulub. Çinin Xinhua Agentliyi də platformaya qatılmağa razılıq verib. Türk dövlətlərindən olan bütün media tərəfdaşlarımızı da bu platformaya dəvət etmişik. Burada geniş multimedia arxivi formalaşdırılıb.

Dezinformasiyanın sürətlə yayıldığı bir dövrdə belə bir platformanın mövcudluğu çox önəmlidir".

İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər like
  • 10 Dek 16:15  
Digərləri İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər

Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İr

arrow Ətraflı
Anasının kartından oğurluq edib arvadına göndərən şəxs saxlanıldı  FOTO like
  • 10 Dek 15:46  
Digərləri Anasının kartından oğurluq edib arvadına göndərən şəxs saxlanıldı FOTO

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti n

arrow Ətraflı
Bu kənddə hamı kor doğulur  Səbəbi nədir? like
  • 10 Dek 15:23  
Dünya Bu kənddə hamı kor doğulur Səbəbi nədir?

Mavritaniya səhrasında yerləşən ucqar bir kənd uzun illərdir elmi araşd

arrow Ətraflı
Gəlin toydan 20 dəqiqə sonra bəyin otağına görə like
  • 10 Dek 15:00  
Digərləri Gəlin toydan 20 dəqiqə sonra bəyin otağına görə

Hindistanın Uttar-Pradeş ştatının Deoriya şəhərində maraqlı hadisə ba

arrow Ətraflı
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə  Cinayət işi açıldı like
  • 10 Dek 14:55  
Digərləri Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə Cinayət işi açıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqab

arrow Ətraflı
Polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olundu  FOTO like
  • 10 Dek 14:52  
Digərləri Polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olundu FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N&

arrow Ətraflı
“Dönəri aldıqdan sonra gec yeyiblər”  Şagirdlərin zəhərləndiyi dönərxana sahibi  FOTO like
  • 10 Dek 14:27  
Digərləri “Dönəri aldıqdan sonra gec yeyiblər” Şagirdlərin zəhərləndiyi dönərxana sahibi FOTO

"Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə fakt�

arrow Ətraflı
Bu il Bakıda Şaxta baba və Qar qız "olmayacaq" like
  • 10 Dek 14:00  
Digərləri Bu il Bakıda Şaxta baba və Qar qız "olmayacaq"

Yeni il bayramına sayılı günlər qalsa da, Bakıda Şaxta baba və Qar qız�

arrow Ətraflı
İki arvadla eyni evdə yaşayan kişi günlük həyatını VİDEOya çəkdi like
  • 10 Dek 13:52  
Dünya İki arvadla eyni evdə yaşayan kişi günlük həyatını VİDEOya çəkdi

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.

arrow Ətraflı
“Kişiliyin olsun, ailə qurmusansa, onu yaşatmalısan” like
  • 10 Dek 13:45  
Şou-biznes “Kişiliyin olsun, ailə qurmusansa, onu yaşatmalısan”

Xalq artisti Afaq Bəşirqızı ailə qurmanın məsuliyyəti barədə fikirlər

arrow Ətraflı
Marketlərdə dovşan əti satılır  Halaldır, yoxsa haram? like
  • 10 Dek 13:06  
Digərləri Marketlərdə dovşan əti satılır Halaldır, yoxsa haram?

Son günlər marketlərdə dovşan ətinin satışı ilə bağlı müzakirələr

arrow Ətraflı
Faciəli şəkildə ölən Eltacın yığdığı pulla küçəyə asfalt salındı like
  • 10 Dek 12:55  
Digərləri Faciəli şəkildə ölən Eltacın yığdığı pulla küçəyə asfalt salındı

Binəqədidə "Lake Hotel"də baş verən bədbəxt hadisə zamanı h

arrow Ətraflı
Bakıda daha bir məşhur bazar SÖKÜLÜR  Aprelə qədər vaxt verildi like
  • 10 Dek 12:52  
Digərləri Bakıda daha bir məşhur bazar SÖKÜLÜR Aprelə qədər vaxt verildi

Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi

arrow Ətraflı
Qaralov, Usubov və Sultanov bir arada like
  • 10 Dek 12:48  
Digərləri Qaralov, Usubov və Sultanov bir arada

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov illər sonra görünüb.

arrow Ətraflı