Toydan qayıdan qonşular avtobusda dalaşdı: "Barmağını onun ağzına salıb, cırmağa çalışıb"
Digərləri 09 Dek 2025 17:55:00 80 0
Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa rayon Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü Natiq Bayramovun (soyadlar şərtidir) məhkəməsi keçirilib.
Bu xəbəri də oxu: Həmyerlimiz 48 uşaq doğan qadının 41 yaşlı qadınla
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə baş verən gün Natiqin qonşusu Kərimin (şərti) övladının Ağstafada toyu olub. Bununla əlaqədar qonşular avtobus tutaraq Köçəsgərdən rayon mərkəzinə yollanıblar.
Onlar geri qayıtdıqda avtobusda arxa oturacaqda əyləşən Nazim Məmmədov öndə əyləşən qonşularına uca səslə deyib-güldükləri üçün irad bildirib. Həmin iradı özünə götürən Natiq Nazimlə mübahisə edib. Bu zaman Nazim arxadan Natiqin boğaz nahiyəsindən tutaraq barmağını onun ağzına salıb və ağızını yanaq hissəyə doğru cırmağa çalışıb.
Natiq qonşusunun əlindən çıxmağı bacarıb və avtobusdan düşüb. O, Nazimin yaşadığı evin qarşısına piyada gedib və qonşu ilə mübahisəni davam etdirib. Ardınca bıçaqla Nazimin qarın nahiyəsinə bir zərbə vurub. Qarının ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli sayılan ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunub.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə Natiq Bayramova 3 il həbs cəzası verilib.
"Bu yaxınlarda bir mərasimdə aparıcının "Sizi Azərbaycan Respub
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyərkən NATO ö
Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində güclü
Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
Müğənni Lətifə sosial media hesabında oğlu Ariflə bağlı paylaşım ed�
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.
Fəhlə təhlükəli vəziyyətdə işləyir.
Azərbaycanda ilin son ayında unun topdansatış qiyməti açıqlanıb.
2025-ci ilin ən güclü smartfonlarının siyahısı açıqlanıb.
