Siqaretlə bağlı məşhur mif puç oldu


Digərləri 08 Dek 2025 21:00:00 71 0

Siqaretlə bağlı məşhur mif puç oldu

Con Hopkins Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, siqareti azaltmaq ürək-damar xəstəliklərindən qorumaq üçün kifayət etmir.

Son.az xəbər verir ki, yeni araşdırma yalnız tam tərgitməyin sağlamlığa ciddi təsir göstərdiyini üzə çıxarıb.

ABŞ-ın Con Hopkins Tibb Mərkəzinin alimləri Milli Ürək, Ağciyər və Qan İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirdikləri genişmiqyaslı araşdırmada siqaret çəkmə intensivliyi, ümumi çəkmə müddəti və tərgitmədən sonra keçən zamanın ürək-damar xəstəliklərinə təsirini araşdırıblar.

Tədqiqatın nəticələri PLOS Medicine jurnalında dərc olunub.

Araşdırma 323 min 826 nəfəri əhatə edib və iştirakçılar 20 ilə yaxın müddətdə izlənilib. Bu dövrdə 125 min ölüm və 54 min ürək-damar hadisəsi qeydə alınıb.

Tədqiqatın əsas müəlliflərindən olan kardioloq Maykl Blaha bildirib ki, "gündə yalnız bir neçə siqaret" belə ürək-damar sisteminə ciddi zərər vurur: "Az siqaret çəkmək təhlükəni aradan qaldırmır. Ən böyük sağlamlıq faydası yalnız tam imtinadan əldə olunur."

Tədqiqatda risklər üç əsas meyar üzrə qiymətləndirilib:

- neçə il siqaret çəkildiyi, - gündə çəkilən siqaret sayı, - tərgitmədən nə qədər vaxt keçməsi.

Məlum olub ki, siqareti nə qədər tez tərgitmək mümkün olarsa, ürək-damar xəstəlikləri və ölüm riski bir o qədər aşağı düşür. Ancaq siqareti "azaltmaq" riskləri demək olar ki, azaltmır.

İsmayıl Son.az

"Ayselin sənəti Samirəninkindən yüksəkdir" like
  • 08 Dek 20:50  
Şou-biznes "Ayselin sənəti Samirəninkindən yüksəkdir"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aşıq Samirə Əliyevanı tənqid e

arrow Ətraflı
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb like
  • 08 Dek 20:43  
Siyasət Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdim

arrow Ətraflı
Yeni infeksiya yayılır  İtlərdən keçir like
  • 08 Dek 20:30  
Dünya Yeni infeksiya yayılır İtlərdən keçir

Şimali Karolina Ştat Universitetinin alimləri itlərdə insana potensial təh

arrow Ətraflı
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 08 Dek 20:13  
Siyasət Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
31 yaşlı Aysel 26 gündür tapılmır like
  • 08 Dek 20:06  
Digərləri 31 yaşlı Aysel 26 gündür tapılmır

Sumqayıtda 31 yaşlı qadın itkin düşüb.

arrow Ətraflı
Boşandıqdan sonra qadınların ən çox seçdiyi plastik əməliyyat növü like
  • 08 Dek 20:00  
Digərləri Boşandıqdan sonra qadınların ən çox seçdiyi plastik əməliyyat növü

Boşanmadan sonra qadınların ən çox etdiyi əməliyyat açıqlanıb.

arrow Ətraflı
Rusiya Pokrovsk üçün niyə mübarizə aparır? like
  • 08 Dek 19:44  
Digərləri Rusiya Pokrovsk üçün niyə mübarizə aparır?

Rusiya son günlər Pokrovsk üzərində nəzarət qurduğunu iddia etsə də, K

arrow Ətraflı
Yeni ildə neçə gün iş olmayacaq? like
  • 08 Dek 19:29  
Digərləri Yeni ildə neçə gün iş olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayra

arrow Ətraflı
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər like
  • 08 Dek 19:26  
Siyasət Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbay

arrow Ətraflı
Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var like
  • 08 Dek 19:25  
Siyasət Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var

Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji

arrow Ətraflı
"Artıq insanlar bu sualı mənə vermirlər" like
  • 08 Dek 19:14  
Şou-biznes "Artıq insanlar bu sualı mənə vermirlər"

Aparıcı Afaq Gəncəli verilişi zamanı müğənni Günay İbrahimliyə şəx

arrow Ətraflı
Bratislavada İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub like
  • 08 Dek 19:13  
Siyasət Bratislavada İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  dekabrın 8-də Bratislavada Azərb

arrow Ətraflı