Prezident İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib FOTO
Siyasət 08 Dek 2025 11:25:00 94 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Son.az xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı.
Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə etdiyi deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirdi.
Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxundu.
Azərbaycan Prezidenti İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə etdi.
Qəbula görə təşəkkürünü bildirən Seyid Abbas Əraqçi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörməti var. Qonaq Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra ölkəmizlə əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini dedi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.
Seyid Abbas Əraqçi də öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayaraq, münasibətlərimizin daha da dərinləşdirilməsinin əhəmiyyətinə toxundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Rusiyanın Samara və Volqoqrad hava limanları müvəqqəti olaraq bağlanıb.
Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Ölkənin aparıcı internet provayderi "CityNet" Milli İnternet Mük
Şairə Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu "Banu" ver
Ötən gecə Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadən
2025-ci ilin son zolağına daxil olarkən ulduzlar bəzi bürclərə xüsusi ü
"Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur".
İcbari tibbi sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar a�
Payız fəsli gələndən Azərbaycanda, xüsusən də Bakıda isti hava şərai
ABŞ, Böyük Britaniya və kontinental Avropanın qlobal səhiyyə sisteminin �
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus
Bu il icbari tibbi sığortaya müraciətlər artıb.
Xəbər verdiyimiz kimi, teleaparıcı və prodüser Murad Dadaşovun oğlu Kama
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarələrin havaya qəsd
