Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər


Digərləri 07 Dek 2025 21:48:00 85 0

Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər

Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər.

Son.az xəbər verir ki, bu haqda iqtisadçı Akif Nəsirli "Yeni Sabah"a danışıb. O, son vaxtlar, xüsusilə də bayram ərəfəsində bahalaşan çərəzlərin qiymətləri ilə bağlı bunları deyib:

"Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var.

Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda təkliflə tələbin tarazlığını pozur və qiyməti artırır".

Ekspert əlavə edib ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarında qiymətləri yüksəlirsə, Azərbaycanda da onlar bahalaşır:

"Nəqliyyat xərcləri, valyuta kursu dəyişiklikləri və qablaşdırma xərcləri də son qiymətə təsir edir. Sadəcə qeyd etmək lazımdır ki, bayram mövsümü keçəndən sonra bəzi çərəz növlərinin qiyməti enə bilər, amma bahalı çərəzlər həmişə premium kateqoriya kimi qalır. Yəni bu, normal iqtisadi reallıqdır və əsas səbəb tələbin artmasıdır".

Qeyd edək ki, hazırda bazarda çərəzlərin qiymətləri belədir: fındıq ləpəsi 13-17 AZN/kq, qoz 7-20 AZN/kq, badam 7.5-14.2 AZN/kq.

Gürcüstandan Rusiyaya ağır yük daşımaları dayandırıldı like
  • 07 Dek 21:42  
Dünya Gürcüstandan Rusiyaya ağır yük daşımaları dayandırıldı

Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya hərəkət edən ağır

arrow Ətraflı
Süni intellekt qaz qıtlığına səbəb olacaq  Qətər like
  • 07 Dek 21:20  
Digərləri Süni intellekt qaz qıtlığına səbəb olacaq Qətər

Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər

arrow Ətraflı
Kabuslar sadəcə yuxu deyil  beyninizdən kömək siqnalıdır like
  • 07 Dek 21:00  
Digərləri Kabuslar sadəcə yuxu deyil beyninizdən kömək siqnalıdır

Hər birimiz ən azı bir dəfə kabusdan sonra soyuq tər içində oyanmışıq

arrow Ətraflı
Dünyanın ən gənc milyarderi uğur sirrini paylaşdı like
  • 07 Dek 20:46  
Digərləri Dünyanın ən gənc milyarderi uğur sirrini paylaşdı

"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �

arrow Ətraflı
Ayşənin nişanından görüntülər like
  • 07 Dek 20:19  
Şou-biznes Ayşənin nişanından görüntülər

Məşhur müğənni Nilüferin qızı Ayşə Nazlı Yumlu sevgilisi Batuhan Yağ

arrow Ətraflı
Həmin qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub like
  • 07 Dek 19:50  
Digərləri Həmin qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub

Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadi

arrow Ətraflı
Avtomobil idxalını artırdı: Ehtiyat hissələr bazarında vəziyyət necədir? like
  • 07 Dek 19:40  
Digərləri Avtomobil idxalını artırdı: Ehtiyat hissələr bazarında vəziyyət necədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları d�

arrow Ətraflı
Netanyahu ilin sonunda Trampla görüşməyi planlaşdırır like
  • 07 Dek 19:18  
Dünya Netanyahu ilin sonunda Trampla görüşməyi planlaşdırır

İsrail Baş naziri Binyamin Netanyahu dekabr ayında ABŞ Prezidenti Donald Tra

arrow Ətraflı
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb like
  • 07 Dek 19:08  
Digərləri Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

arrow Ətraflı
BDUnun dosenti vəfat etdi  FOTO like
  • 07 Dek 19:04  
Digərləri BDUnun dosenti vəfat etdi FOTO

BDU-nun dosenti Qismət Davudov vəfat edib.

arrow Ətraflı
Sinem Kobal Bakıda  FOTO like
  • 07 Dek 18:57  
Şou-biznes Sinem Kobal Bakıda FOTO

Türkiyəli məşhur aktrisa Sinem Kobal bu günlərdə Bakıya səfər edib.

arrow Ətraflı
Abşeronda kuryoz olay like
  • 07 Dek 18:21  
Digərləri Abşeronda kuryoz olay

Abşeronda kuryoz olay olub.

arrow Ətraflı