ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib


Digərləri 12 Noy 2025 20:17:00 82 0

ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla görüşlərini davam etdirir.

Son.az xəbər verir ki, Qazax-Tovuz bölgəsi üzrə növbəti regional görüş Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, ETİHİ-nin məsul əməkdaşları və 472 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.

Çıxış edən Cəmaləddin Quliyev həmkarlar ittifaqlarının sosial-iqtisadi sabitliyin qorunmasında oynadığı mühüm roldan, üzv təşkilatların ictimai fəaliyyətində birliyin və həmrəyliyin əhəmiyyətindən danışıb.

Daha sonra Araz Paşayev çıxış edərək bildirib ki, üzv təşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinin dəstəklənməsi ETİHİ-nin əsas prioritetlərindəndir. O, həmkarlar ittifaqlarının sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının qorunması istiqamətində bir il ərzində həyata keçirilmiş layihələr və fəaliyyət planları barədə geniş təqdimatla çıxış edib.

Görüş zamanı üzv təşkilatların fəaliyyəti, yeni təşəbbüslər və gələcək planlar müzakirə olunub, sədrlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bölgələrdə ilk təşkilat sədrləri ilə görüşlərini mərhələli şəkildə davam etdirir.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündə birləşdirir. Son.az 

Niyə arıqlamaq kökəlməkdən çətindir?  Alimlər səbəbini tapdı like
  • 12 Noy 20:00  
Digərləri Niyə arıqlamaq kökəlməkdən çətindir? Alimlər səbəbini tapdı

Alimlər arıqlamağın niyə çətin olduğunu izah ediblər.

arrow Ətraflı
"Atam dedi ki, hansısa kişinin çənəsinə, dodağına baxsan..." like
  • 12 Noy 19:41  
Şou-biznes "Atam dedi ki, hansısa kişinin çənəsinə, dodağına baxsan..."

Tanınmış meyxanaçı Zarina Buzovnalı maraqlı açıqlaması ilə diqqət ç

arrow Ətraflı
Naxçıvanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürüldü like
  • 12 Noy 19:30  
Digərləri Naxçıvanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürüldü

Naxçıvanda yanacaqdoldurma məntəqəsinin anbarında baş verən yanğın q

arrow Ətraflı
Azad edilmiş ərazilərdə 7 milyon manatlıq LAYİHƏ like
  • 12 Noy 19:24  
Digərləri Azad edilmiş ərazilərdə 7 milyon manatlıq LAYİHƏ

Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quru

arrow Ətraflı
“Yəqin oyuna gətirilmişəm” like
  • 12 Noy 19:12  
Şou-biznes “Yəqin oyuna gətirilmişəm”

Müğənni Nura Suri Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəs

arrow Ətraflı
Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu like
  • 12 Noy 19:00  
Digərləri Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin

arrow Ətraflı
Hamam otağını belə təmizləmək xərçəng riskini artırır  Xəbərdarlıq like
  • 12 Noy 18:47  
Digərləri Hamam otağını belə təmizləmək xərçəng riskini artırır Xəbərdarlıq

Evdə təmizlik zamanı istifadə olunan bəzi vasitələr sağlamlığa ciddi z

arrow Ətraflı
Paşinyan Bakıdakı paraddan danışdı like
  • 12 Noy 18:39  
Digərləri Paşinyan Bakıdakı paraddan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 12 Noy 18:23  
Digərləri Əli Əsədov qərar imzaladı

1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yarada

arrow Ətraflı
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq like
  • 12 Noy 18:20  
Digərləri Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq

Sünikdə "Tramp Marşrutu"nun (TRIPP) hissəsinin tikintisi 2026-cı

arrow Ətraflı
Vəfa Şərifovaya like
  • 12 Noy 18:10  
Şou-biznes Vəfa Şərifovaya

Müğənni Vəfa Şərifovaya ağır itki üz verib.

arrow Ətraflı
Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib like
  • 12 Noy 18:04  
Digərləri Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci

arrow Ətraflı
Azərbaycanla bağlı bu fənni xaricdə tədris edənlərə pul veriləcək  SİYAHI  FOTO like
  • 12 Noy 18:02  
Digərləri Azərbaycanla bağlı bu fənni xaricdə tədris edənlərə pul veriləcək SİYAHI FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənn

arrow Ətraflı
İllərdir makiyajla yatır  FOTO like
  • 12 Noy 18:00  
Şou-biznes İllərdir makiyajla yatır FOTO

Türkiyəli müğənni Safiye Soyman makiyaj sirrini açıqlayıb.

arrow Ətraflı
“Əbədi Zəfərim” adlı tədbir keçirilib  FOTO like
  • 12 Noy 17:55  
Kriminal “Əbədi Zəfərim” adlı tədbir keçirilib FOTO

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Muğam

arrow Ətraflı