Göyçayın yeni icra başçısı kimdir?
Digərləri 12 Noy 2025 13:48:00 74 0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.
Bu xəbəri də oxu: Qəzada həlak olan pilotların
Son.az Orxan Mürsəlovun dosyesini təqdim edir:
Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi - marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır.
Orxan Mürsəlov 2010-2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Fidan Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin
Rusiyada 15 yaşlı yeniyetmə anasının "Range Rover"ini oğurlayıb
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin məh
Xəbər verdiyiniz kimi, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublik
Müğənni Afət Fərmanqızı həmkarı Təranə Qumraldan danışıb.
Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublika
Avropada quş qripi halları sürətlə artır.
C.R.Cəlilovun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prez
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezid
Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komis
"Türkiyə Silahlı Qüvvələrinin təyyarəsinin Gürcüstan ərazisində
Noyabrın 10-u Qubada toy karvanındakı qəzada ölən 23 yaşlı Şahbala Mehd
Son dövrlər sosial şəbəkələrdə yeni dələduzluq növü yaranıb. Bu kib
