Azərbaycanda vəzifəli şəxs VİDEOsu ilə
Kriminal 11 Noy 2025 18:21:00 86 0
Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsinin rəisi də var.
Bu xəbəri də oxu: "Vətən əmanəti" adlı konsert təqdim edib FOTO
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü "Cinayət və Olay" qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə həbs edilən digər şəxs isə tanışı Əhməd Əzizov olub. Əhməd Əzizov Latviya vətəndaşıdır və onun barəsində yeddi il müddətinə həbs cəzası təyin edilib.
İttihama görə, Dəmirovla Əzizov ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.
Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.
Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri "şirinlik" təklif ediblər, prosesi lentə alıb, daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat istəyib, sonra məbləği beş min manata endiriblər. Sonda həmin şəxsdən iki min manat alıblar.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kursant
Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı ifaçı musiqi sə
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiy
Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılma
Müğənni Canan efirdə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Ötən gün Qubada toy karvanında VAZ-2107 markalı avtomobilin ağaca çırp
Birləşmiş Ərəb Əmirliklərində rusiyalı kriptobloqer Roman Novak və onu
İnfluenser cütlük Fatimə Əhmədova və Ülvi Nadirov (UlviFatime) evini
Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcü
Azərbaycandan ölkəmizə yola düşən "C130" hərbi yük təyyarəm
Türkiyənin Əskişəhər vilayətinin Çifteler rayonunda baş verən dəhşə
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Amerikalı komediyaçı və aktrisa Keti Qriffin 65 illik yubileyi münasibətil
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet T
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaş
