2 aydan sonra... Pensiyalarla bağlı vacib xəbər
Digərləri 27 Okt 2025 09:35:00 87 0
Gələn il pensiya kapitalı artırılacaq.
Bu xəbəri də oxu: Qızılın qiyməti düşdü
Son.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
"Əmək Pensiyaları haqqında" Qanuna əsasən, 2026-cı ildə yalnız pensiyalar deyil, vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək artırılacaq.
Onun sözlərinə görə, qanunun 29.1-1 maddəsinə əsasən, sığortaolunanların fərdi hesablarında qeyd olunan pensiya kapitalı hər il istehlak qiymətləri indeksinə uyğun şəkildə yenilənir. Bu o deməkdir ki, pensiya kapitalı 2025-ci ilin inflyasiya səviyyəsinə əsasən artırılacaq.
Deputat qeyd edib ki, Mərkəzi Bankın yeni proqnozuna görə, bu il inflyasiya təxminən 6 faiz olacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk doqquz ayında qiymət artımı 5,7 faiz təşkil edib.
"Əgər proqnoz dəyişməzsə, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Məsələn, 50 min manat pensiya kapitalı olan şəxsin vəsaiti gələn il təxminən 3 min manat artacaq. Dəqiq rəqəm isə yanvarda açıqlanacaq," - deyə Bayramov əlavə edib.
Deputat vurğulayıb ki, bu artım gələcəkdə pensiyaya çıxan şəxslərin daha çox məbləğ almasına və yığılan kapitalın inflyasiyadan qorunmasına imkan verəcək.
İsmayıl Son.az
Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmə
Azərbaycan Mərkəzi Bankı oktyabrın 27-nə olan valyuta məzənnələrini a�
Məşhur "O Səs Türkiyə" layihəsinin iştirakçılarından olan, t
Avroviziya qalibimiz Nigar Camal türk pop ulduz Hadise ilə paylaşım edib.
Duz tərkibindəki natrium səbəbindən arterial təzyiqin yüksəlməsinə və
Alimlər ürək sağlamlığının əsas dövrünün 17-25 yaş arasında olduğ
Limonun saysız-hesabsız faydalarından yararlanmaq üçün onu bir çox formad
Dünya üzrə indiyə qədər qeydə alınmış ən yüksək səth temperaturu �
Payızda immuniteti gücləndirmək xüsusilə vacibdir. Bir çoxu düşünür k
İnsanları digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri də z�
Məşhur yazıçı Tom Bauerin iddiasına görə, o dövrdə hələ şahzadə ol
Dünya təkcə mövcud olan şəhərlərin deyil, həm də yoxa çıxan məkanla
Bu gün Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror akt�
Zərdabda baş verən ağır yol qəzası ilə bağlı sosial mediada geniş mü
