Onlayn qumar kartları biznesi ifşa edildi: 12 nəfər saxlanıldı VİDEO


Digərləri 25 Okt 2025 14:04:00 77 0

Onlayn qumar kartları biznesi ifşa edildi: 12 nəfər saxlanıldı  VİDEO

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar.

Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən "Telegram" sosial şəbəkəsində ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək bildiririb ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarında istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.

Qəhvə vaxtı: Səhər yoxsa günorta içmək daha yaxşıdır? like
  • 25 Okt 13:58  
Digərləri Qəhvə vaxtı: Səhər yoxsa günorta içmək daha yaxşıdır?

Qəhvə istehlakının vaxtı bədənin kofeinə reaksiyasına təsir göstərir

arrow Ətraflı
İsmayıl çəkiliş zamanı xəsarət aldı  Əməliyyat olundu like
  • 25 Okt 13:43  
Şou-biznes İsmayıl çəkiliş zamanı xəsarət aldı Əməliyyat olundu

"Onbeşlilər" serialının baş rolu İsmayıl Ege Şaşmaz çəkili�

arrow Ətraflı
ABŞ və NATO Meloniyə təzyiq edir like
  • 25 Okt 13:33  
Dünya ABŞ və NATO Meloniyə təzyiq edir

ABŞ Prezidenti Donald Trump və NATO Baş Katibi Mark Rutte İtaliya Baş Nazir

arrow Ətraflı
“Ora kim təyin olunsa da, fərq etmir” like
  • 25 Okt 13:21  
Kriminal “Ora kim təyin olunsa da, fərq etmir”

Qurban Pirimov "Azərbaycanfilm" kinostudiyasına direktor təyin edil

arrow Ətraflı
Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub?  Açıqlama like
  • 25 Okt 13:13  
Digərləri Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub? Açıqlama

"Övladım dünyaya gələndən 2 gün sonra infeksiyaya yoluxub. Uşağım

arrow Ətraflı
Məşhur jurnalist vəfat etdi  FOTO like
  • 25 Okt 13:08  
Digərləri Məşhur jurnalist vəfat etdi FOTO

Məşhur idman jurnalisti Faiq Çetiner 69 yaşında dünyasını dəyişib.

arrow Ətraflı
"Axmaq deyib, lağa qoyurdular"  Bekhemdən etiraf  FOTO like
  • 25 Okt 13:02  
Şou-biznes "Axmaq deyib, lağa qoyurdular" Bekhemdən etiraf FOTO

Dizayner və David Bekhemin həyat yoldaşı Viktoriya Bekhem uşaq və yeniyet

arrow Ətraflı
Gələn həftənin ulduz falı: Gözlənilməz dəyişikliklər ola bilər like
  • 25 Okt 12:30  
Digərləri Gələn həftənin ulduz falı: Gözlənilməz dəyişikliklər ola bilər

Oktyabrın 27-dən noyabrın 2-dək olan həftə üçün bütün bürclərə aid

arrow Ətraflı
Art Weekend zamanı  “Dəniz, çox sağ ol!  təqdim ediləcək  VİDEO like
  • 25 Okt 12:23  
Kriminal Art Weekend zamanı “Dəniz, çox sağ ol! təqdim ediləcək VİDEO

31 oktyabr-2 noyabr tarixlərində Bakıda baş tutacaq incəsənət həftəsonu

arrow Ətraflı
Şahzadənin oğlu narkotik istifadə edirmiş  Həbsdən yeni çıxmışdı... like
  • 25 Okt 12:17  
Dünya Şahzadənin oğlu narkotik istifadə edirmiş Həbsdən yeni çıxmışdı...

Norveç vəliəhd şahzadəsi Mete-Maritin oğlu Marius Borg Hoiby barəsində y

arrow Ətraflı
Kirayə mənzil qiymətləri artacaq  AÇIQLAMA like
  • 25 Okt 12:00  
Digərləri Kirayə mənzil qiymətləri artacaq AÇIQLAMA

2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kir

arrow Ətraflı
Bakı metrosunda dava: 4 nəfər saxlanıldı like
  • 25 Okt 11:45  
Digərləri Bakı metrosunda dava: 4 nəfər saxlanıldı

Bakı metrosunda xoşagəlməz hadisə baş verib.

arrow Ətraflı
Bərdədə maşın arxa aşdı  Ölən var like
  • 25 Okt 11:40  
Digərləri Bərdədə maşın arxa aşdı Ölən var

Bərdədə maşın su arxına aşıb, sürücü ölüb.

arrow Ətraflı
Musiqi müəllimi iş başında öldü like
  • 25 Okt 11:30  
Digərləri Musiqi müəllimi iş başında öldü

Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib.

arrow Ətraflı