Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı
Digərləri 23 Okt 2025 18:50:00 109 0
Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı müəyyən edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və Agentliyə daxil olan müraciətlər araşdırılır. Agentlikdən Son.az-a bildirilib ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub. Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib. Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub. Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib. Qeyd edək ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər. Son.az
Bu xəbəri də oxu: Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı
Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

"Ford Motor Company" 1 448 655 avtomobili geri çağırır.

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və m�

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta z

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mis

Dillər Universitetinin yataqxanasında yaşayan Cəbrayıl rayonundan məcburi

Bakıda şadlıq evində faciəvi hadisə baş verib.

Ötən gün Bakıda fəaliyyət göstərən "BakuBus"a aid 3 nömrəli

Xəbər verdiyimiz kimi, ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu mə

Prezident İlham Əliyev "Mülki aviasiya sahəsində idarəetmənin təkmi

NATO-nun sabiq baş katibi Yens Stoltenberq xatirələrində Türkiyə prezident

Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş qazsızmalarının ləğ

Türkiyənin tanınmış aktrisası Neşe Aksoy 62 yaşında ağciyər xərçən

Şabran rayonundan sahibkar Mansur İbrahimov iddia edir ki, dövlətə xəyanə

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdi
