"İrəvanın əməli ilə sözü üst üstə düşmür"


Siyasət 18 Mar 2025 13:58:00 126 0

"İrəvanın əməli ilə sözü üst üstə düşmür"

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bundan əvvəl yanvarın 6-da, ardınca isə martın 5-də hərbi təxribat törədilmişdi.

Son.az xəbər verir ki məsələ ilə bağlı politoloq Kənan Novruzov açıqlama verib:

"Məsələ burasındadır ki, artıq öyrəşdiyimiz kimi, İrəvanın əməli ilə sözü üst- üstə düşmür. Ermənistan bir tərəfdən sülh haqqında danışsa da, digər tərəfdən sabotajlarından əl çəkmir. Diqqət çəkən məqam ondan ibarətdir ki, növbəti təxribat Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri rəsmi olaraq Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını bəyan etməsindən bir neçə gün sonra baş verdi. Layihə mətninin tam hazır olmasını əslində sülh istiqamətində atılan daha bir ciddi addım kimi qiymətləndirmək olardı. Amma oxşar təxribatlar prosesə kölgə salır.

Ermənistanın son zamanlar intensivləşməkdə olan sabotajlarının idarəolunması və motivi ilə bağlı bir neçə fərziyyə irəli sürmək olar. Birincisi, təxribatları Ermənistan hakimiyyəti törədir. İrəvan hər nə qədər sülh haqqında danışsa da, əslində səmimi deyil və sülh istəmir. Odur ki, özünü sülh göyərçini kimi göstərir, sonra yenidən "suları bulayır".

İkincisi, Ermənistana asanlıqla təzyiq göstərə bilən güclər Cənubi Qafqazda "daşların yerinə oturmasından", qarşılıqlı etimad mühitinin yaranmasından narahat olurlar. Beləliklə, İrəvana "barmaq silkələyir"lər. Təkrarlanan sabotajlar da həmin "barmaq silkələnməsinin" təzahürüdür. Üçüncüsü, Ermənistan daxilindəki revanşist, həmçinin ikinci güclərə tabe olan qruplaşmalar hakimiyyətin nəzarətindən kənar, iqtidarın addımlarına mane olmaq üçün süni əngəl yaradırlar. Əgər belədirsə, qəbahət yenə də hakimiyyətdədir. Çünki təhlükəsizlik qüvvələri lazımi səviyyədə işləyə bilmir".

"Bütün hallarda görünən odur ki, Ermənistan hələ sülhə hazır deyil. Əgər İrəvan hətta indiki şəraitdə - sülhdən danışdığı bir vaxtda təxribatlara gedirsə, deməli, saziş imzalanandan sonra da analoji halların təkrarlanması istisna deyil. Bu isə Azərbaycanın maraqları ilə uzlaşmır. Deməli, rəsmi Bakının tələb etdiyi kimi Ermənistanın qanunvericiik səviyyəsində Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi əsas şərt olaraq qalır. Qarşıdakı aylarda yeni təxribatların olması gözləniləndir. Əgər belə olarsa, Azərbaycanın adekvat cavab verməsi də istisna deyil. Bu isə onsuz da dalan vəziyyətdə olan rəsmi İrəvanın işini daha da çətinləşdirəcək"- deyə o əlavə edib. 

Asya Son.az 

Tramp Baydenin övladlarını bundan məhrum etdi like
  • 18 Mar 13:52  
Dünya Tramp Baydenin övladlarını bundan məhrum etdi

Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli

arrow Ətraflı
Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib  VİDEO  FOTO like
  • 18 Mar 13:46  
Siyasət Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib VİDEO FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifə

arrow Ətraflı
Sosial xidmət göstərilməsinə nəzarət qaydası təkmilləşdirilir like
  • 18 Mar 13:46  
Digərləri Sosial xidmət göstərilməsinə nəzarət qaydası təkmilləşdirilir

Sosial xidmət göstərilməsinə nəzarət qaydası təkmilləşdirilir.

arrow Ətraflı
Bu şəxslər mediator ola bilməyəcək like
  • 18 Mar 13:20  
Digərləri Bu şəxslər mediator ola bilməyəcək

Mediator ola bilməyəcək fiziki şəxslərin siyahısı genişləndirilir.

arrow Ətraflı
Mediasiya tərəfləri mediasiya xərclərini ödəyəcəklər like
  • 18 Mar 13:12  
Digərləri Mediasiya tərəfləri mediasiya xərclərini ödəyəcəklər

Mediasiya tərəflərinin hüquq və vəzifələri artırılır.

arrow Ətraflı
Komitə sədrindən nikahla bağlı like
  • 18 Mar 13:09  
Digərləri Komitə sədrindən nikahla bağlı

Cəmiyyətimizdə mediasiya mədəniyyəti aşağıdır. Ona görə də mübahis

arrow Ətraflı
Çətin həyat şəraitində olan şəxsin vəzifələri artırılır like
  • 18 Mar 13:06  
Digərləri Çətin həyat şəraitində olan şəxsin vəzifələri artırılır

Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri artırılır

arrow Ətraflı
Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb like
  • 18 Mar 13:03  
Siyasət Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əli

arrow Ətraflı
Bu obyektlərin qeydiyyat xərcləri ləğv edilir like
  • 18 Mar 13:02  
Digərləri Bu obyektlərin qeydiyyat xərcləri ləğv edilir

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə

arrow Ətraflı
"Kara Sevda"nın aktyoru ata olacaq like
  • 18 Mar 13:01  
Şou-biznes "Kara Sevda"nın aktyoru ata olacaq

Tanınmış aktyor Rüzgar Aksoy ata olacaq.

arrow Ətraflı
Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib  DTX like
  • 18 Mar 12:58  
Digərləri Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib DTX

Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istint

arrow Ətraflı
Azərbaycanda "Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır like
  • 18 Mar 12:56  
Digərləri Azərbaycanda "Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət gös

arrow Ətraflı
Təhsil müəssisələrindəki bəzi vəzifələr üzrə işə qəbul üçün qeydiyyat başlayıb like
  • 18 Mar 12:51  
Digərləri Təhsil müəssisələrindəki bəzi vəzifələr üzrə işə qəbul üçün qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəa

arrow Ətraflı
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq like
  • 18 Mar 12:46  
Digərləri Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir.

arrow Ətraflı