Ramiz Mehdiyev avqust ayından izlənilirmiş YENİ DETALLAR
Digərləri 21 Okt 2025 12:44:20 72 0
Bu xəbəri də oxu: İlham Haqverdiyev onlardan rüşvət alıb FOTO
Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması kimi ağır ittihamlarla üzləşən Ramiz Mehdiyev vəkilləri vasitəsilə hüquqi mübarizəyə başlayıb.
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qərarı çıxarılmazdan əvvəl verilmiş bir neçə məhkəmə qərarından apellyasiya şikayəti təqdim ediblər.
Bu məqsədlə vəkillər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq materialları ilə, eləcə də DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsinin qəbul etdiyi sənədlərlə tanış olublar.
Məlumatlara əsasən, həmin sənədlər arasında Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixində qəbul etdiyi qərar da var. Sənəddə Ramiz Mehdiyevin fəaliyyətinin izlənilməsi və əməliyyat-texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bu qərarın "boz kardinal" kimi tanınan Mehdiyevin ifşa olunmasında mühüm rol oynadığı bildirilir. Rabitə kanallarının dinlənilməsi, "Şərq-Qərb" nəşriyyatı və digər ünvanlarda aparılan axtarışlar məhz həmin qərar əsasında reallaşdırılıb.
Ehtimal olunur ki, Mehdiyev müdafiəçilərinə bu istiqamətdə xüsusi tapşırıq verib və hüquqi baxımdan bütün imkanların dəyərləndirilməsini istəyib.
Hazırda 87 yaşlı Ramiz Mehdiyev ev dustaqlığında saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Hələlik nə Mehdiyev, nə də ailə üzvləri yayılan ittihamlarla bağlı ictimai açıqlama verməyiblər.
Qeyd edək ki, 14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Mehman Əsədov Son.az
Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliy

"BakuBus" MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu i

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizin

Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sür

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və

"SF Azerbaijan" şirkətinə məxsus "Manato"kredit təşkil

Yeni Zelandiyada 21 yaşlı gənc içdiyi pivədən sonra komaya düşərək hə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylini

Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiy

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

Bakıda sərnişin avtobusu qəza törədib.

Binəqədi rayonu Karl Maks adlanan ərazidə yol kənarı yaşıllıq ərazinin

İstanbul Respublika Baş Prokurorluğunun "Can Holdinq" və "Cin
