Azərbaycan nümayəndə heyəti Avropa İttifaqının yüksək səviyyəli toplantısında iştirak edib
Siyasət 20 Okt 2025 22:36:00 77 0
20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa İttifaqının təşkilatçılığı ilə "Regionlararası təhlükəsizlik və bağlantılar" mövzusunda xüsusi yüksək səviyyəli toplantı təşkil olunub.
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, toplantı çərçivəsində Qara Dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq, həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalar keçirilib.
İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.
Toplantıda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Nazir müavini Y.Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, Azərbaycanın da daxil olduğu geniş Qara dəniz regionunun inkişaf potensialını ortaya çıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyini, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin əhəmiyyətini vurğulayıb.
Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa İttifaqı üçün etibarlı tərəfdaş olması amili diqqətə çatdırılaraq, Azərbaycan və Aİ arasında bu istiqamətdə iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsinin mövcud potensialdan daha səmərəli istifadəyə imkan yaradacağı qeyd olunub.
Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd

ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın g

Perm Milli Tədqiqat Politexnik Universitetinin alimlərinə görə, enerji içk

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müğənni Şəbnəm Tovuzlu yutubdan qazadığı aylıq gəlirindən danışıb

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən əlavə gömrük rüsumları

31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Bi

Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın və təhlükəsi

Xərçəngdən ölümün əsas səbəbi metastaz ( xərçəngin əsas şişində

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yaln�

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Hə

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidə

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı A
