Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib FOTO


Siyasət 16 Okt 2025 13:42:00 78 0

Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

Son.az xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.

Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı.

O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.

Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Bu şəxsi görənlər dərhal polisi yığsın like
  • 16 Okt 13:37  
Digərləri Bu şəxsi görənlər dərhal polisi yığsın

Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz

arrow Ətraflı
Saxta həkim ifşa olundu like
  • 16 Okt 13:22  
Digərləri Saxta həkim ifşa olundu

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova

arrow Ətraflı
“Instagram”da 18 yaşdan aşağı istifadəçilərə like
  • 16 Okt 13:17  
Digərləri “Instagram”da 18 yaşdan aşağı istifadəçilərə

"Instagram"ın sahibi Meta yeniyetmə istifadəçiləri üçün təhl�

arrow Ətraflı
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb like
  • 16 Okt 13:04  
Digərləri Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov 16 oktyabr 2025-ci il tarixində İ

arrow Ətraflı
Məşhur rusiyalı general öldü like
  • 16 Okt 12:58  
Digərləri Məşhur rusiyalı general öldü

Moskvada keçirilən İkinci Dünya Müharibəsi ilə bağlı paradlarda Rusiya

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 16 Okt 12:37  
Digərləri Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ�

arrow Ətraflı
İbrahim Tatlısesin inanılmaz like
  • 16 Okt 12:32  
Şou-biznes İbrahim Tatlısesin inanılmaz

Türkiyənin məşhur müğənnisi, "İmperator" ləqəbli İbrahim Ta

arrow Ətraflı
Yaşlı qadın avtobusun altında qaldı  VİDEO like
  • 16 Okt 12:20  
Digərləri Yaşlı qadın avtobusun altında qaldı VİDEO

66 yaşlı qadın avtobusun altında qalıb.

arrow Ətraflı
Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib like
  • 16 Okt 12:18  
Siyasət Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderla

arrow Ətraflı
İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib  FOTO like
  • 16 Okt 12:14  
Siyasət İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin

arrow Ətraflı
Azərbaycanda evlər bahalaşıb  RƏSMİ like
  • 16 Okt 12:12  
Digərləri Azərbaycanda evlər bahalaşıb RƏSMİ

Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb

arrow Ətraflı
3 milyonluq çantası ilə diqqət çəkdi like
  • 16 Okt 12:00  
Şou-biznes 3 milyonluq çantası ilə diqqət çəkdi

Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani

arrow Ətraflı
Saakaşvili İlham Əliyev haqqında yazdı like
  • 16 Okt 11:55  
Siyasət Saakaşvili İlham Əliyev haqqında yazdı

Azərbaycan Prezidenti İlham Əliyev bütün Qafqazın şərəfini qorudu.

arrow Ətraflı
Hər gün hamı yeyir, ancaq sürətlə ölümə aparır like
  • 16 Okt 11:45  
Digərləri Hər gün hamı yeyir, ancaq sürətlə ölümə aparır

Palma yağı bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

arrow Ətraflı
Qatara görə işə gecikəndə sizə arayış veriləcək like
  • 16 Okt 11:42  
Digərləri Qatara görə işə gecikəndə sizə arayış veriləcək

ADY qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə

arrow Ətraflı