Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək


Digərləri 14 Okt 2025 16:18:00 89 0

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

"Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək".

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır:

"Belə ki, qərarla agentlik "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni, həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.

Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirildi.

Bu güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Bu güzəştlərdə məqsəd işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi və Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir".

VTB (Azərbaycan) ASC 2025ci ilin üçüncü rübünün nəticələrini açıqladı like
  • 14 Okt 16:15  
Digərləri VTB (Azərbaycan) ASC 2025ci ilin üçüncü rübünün nəticələrini açıqladı

VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini açıql

arrow Ətraflı
Yaxtada baş nazirlə öpüşən müğənni səssizliyini pozdu  FOTO like
  • 14 Okt 16:12  
Digərləri Yaxtada baş nazirlə öpüşən müğənni səssizliyini pozdu FOTO

Dünyaca məşhur müğənni Katy Perry ilk dəfə Kanadanın sabiq baş naziri

arrow Ətraflı
Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib like
  • 14 Okt 16:10  
Siyasət Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsd

arrow Ətraflı
İranda metronun "Müqəddəs Məryəm" stansiyası açılıb like
  • 14 Okt 16:09  
Digərləri İranda metronun "Müqəddəs Məryəm" stansiyası açılıb

İranın paytaxtı Tehran şəhərində metro stansiyası açılıb.

arrow Ətraflı
“Ozon qatını dağıdan maddələr haqqında” Kiqali Düzəlişi təsdiqlənib like
  • 14 Okt 16:08  
Siyasət “Ozon qatını dağıdan maddələr haqqında” Kiqali Düzəlişi təsdiqlənib

"Ozon qatını dağıdan maddələr haqqında" Kiqali Düzəlişini t�

arrow Ətraflı
Ləğv prosesində olan bankın mənzili hərraca çıxarılır  QİYMƏT like
  • 14 Okt 15:59  
Digərləri Ləğv prosesində olan bankın mənzili hərraca çıxarılır QİYMƏT

30 oktyabr 2025-ci il saat 11:00-da "Ekspert Hərrac Mərkəzi" tərə

arrow Ətraflı
Nikahların sayı artdı, boşanmalar azaldı  RƏSMİ like
  • 14 Okt 15:48  
Digərləri Nikahların sayı artdı, boşanmalar azaldı RƏSMİ

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car

arrow Ətraflı
"Kaş bəzi atalar dərk edə ki, qız övladım var" like
  • 14 Okt 15:43  
Şou-biznes "Kaş bəzi atalar dərk edə ki, qız övladım var"

Aparıcı Vüsalə Əlizadə açıqlaması ilə diqqət çəkib. 

arrow Ətraflı
Bu işçilərin orta aylıq əməkhaqqısı artdı like
  • 14 Okt 15:39  
Digərləri Bu işçilərin orta aylıq əməkhaqqısı artdı

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlandı like
  • 14 Okt 15:32  
Digərləri Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0,24 faiz arta

arrow Ətraflı
Təhsil işçiləri Push30 platformasına qoşuldu  FOTO like
  • 14 Okt 15:30  
Digərləri Təhsil işçiləri Push30 platformasına qoşuldu FOTO

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi (ETİ

arrow Ətraflı