Mikroblar Napoleonu belə məğlub etdi
Dünya 13 Okt 2025 04:04:00 56 0
Aparılan yeni elmi araşdırma Napoleon ordusunun 1812-ci ildə Rusiyadan faciəli geri çəkilməsinin səbəblərinə dair ənənəvi təsəvvürləri dəyişib.
Bu xəbəri də oxu: ABŞ Britaniyanı
Son.az xəbər verir ki, Vilnüs yaxınlığında tapılan kütləvi məzarlıqda dəfn olunmuş fransız əsgərlərinin qalıqları üzərində aparılan analizlər göstərib ki, ordunu sarsıdan əsas amillərdən biri də paratif və vşalı qayıdan tif (qayıdan qızdırma ) olub.
Tarixi mənbələrə görə, 1812-ci ilin yayında yarım milyondan çox fransız əsgəri Neman çayını keçərək Rusiyaya daxil olmuşdu. Lakin evlərinə yalnız bir neçə min nəfər geri dönə bildi. Sərt soyuqlar, aclıq, rus ordusunun təqibləri və geniş yayılmış epidemiyalar fransız qoşunlarını demək olar ki, məhv etmişdi.
Alimlər Vilnüsdəki məzarlıqda aşkarlanan 3200-dən çox cəsədin qalıqlarında Salmonella enterica Paratyphi C (paratif) və Borrelia recurrentis (qayıdan tif) bakteriyalarının izlərini müəyyən ediblər.
Paratif çirkli su və qida vasitəsilə yayılır, yüksək qızdırma, ishal və bədən zəifliyi ilə müşayiət olunur. O dövrün həkimləri fransız əsgərlərində kütləvi mədə-bağırsaq pozuntularını qeyd etmişdilər ki, bu da böyük ehtimalla paratifin nəticəsi olub.
-30 dərəcəyə çatan şaxtalar, təminatın olmaması, antisanitariya şəraiti və epidemiyalar birləşərək Napoleona ağır zərbə vurub, onsuz da zəifləmiş ordunun məhvinə səbəb olub. /Musavat.com
Texnologiyanın inkişafı ilə ağıllı saatlar artıq yalnız premium seqment

Vyetnamdakı mağaralardan birində arxeoloqlar insan qalıqları aşkar ediblə

İtaliyanın dünyaca məşhur aktrisası və model Monika Belluççi bu gün, s

Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.

Türkiyəli aktrisa Serenay Sarıkaya, illərdir siması olduğu məşhur cins g

Fransanın yeni təyin olunan baş naziri Sebastien Lekornyu yeni hökuməti for

Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində enmə müşahidə olu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar

Yazıçı-jurnalist Nizami Rəhmanlı vəfat edib. Son.az xəbər verir ki, o

Qazaxıstanda baş tutan "Silk way Star" yarışmasında həyəcanlı

12.10.2025-ci tarixdə Bakı- Şamaxı yolunun 85-ci km-də saat 17:01 radələr
