Xəstə heyvanların əti Bakıya gətirilir?


Digərləri 12 Okt 2025 13:44:00 74 0

Xəstə heyvanların əti Bakıya gətirilir?

Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər dolaşır. Bu səbəbdən insanların ət məhsullarına ehtiyatla yanaşdığı, ət almaqdan çəkindikləri bildirilir. Ən çox müzakirə olunan məqam isə xəstə heyvanların kəsilərək Bakıya göndərilməsi barədə səslənən iddialardır. Bu iddialar təkcə bölgələrdə deyil, paytaxtda da istehlakçıların narahatlığına səbəb olub. Məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmaması hələlik təsdiqlənməsə də, əhali mövcud vəziyyətdən narahatdır. İnsanları düşündürən əsas sual budur: Bakıya gətirilən ətlər təhlükəsizdirmi və dövlət qurumları vəziyyəti necə nəzarətdə saxlayırlar? Ümumiyyətlə, narahatlığa əsas varmı?

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Operativ qrup yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir: "Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq, dezinfeksiya işləri də həyata keçirirlər. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində operativ məlumat toplayan və analiz edən qrup yaradılıb. Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar".

Baytarlıq nəzarəti məcburidir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, heyvanmənşəli məhsulların - insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir: "Heyvanmənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsulların qəbuluna və satışına icazə verilir. Bu məhsulların qəbuluna və satışına yalnız yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvanmənşəli məhsullar buraxılır və həmin proses səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında həyata keçirilir".

Qurumun açıqlamasında o da vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə görə, heyvan kəsimi yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalıdır: "Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi isə həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır. AQTA istehlakçılara tövsiyə edir ki, yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvanmənşəli məhsullar alsınlar. Bu sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir".

Təsadüfi kəsim məntəqələrində təhlükə

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıların narahatlığını başadüşülən hesab edir. Onun sözlərinə görə, əvvəlki illərin praktikasında xəstə heyvanların kəsilərək müxtəlif yollarla paytaxta daşınması halları qeydə alındığından, bu halın təkrarlanması istisna olunmur: "Mənşəyi bilinməyən, xəstə heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək göstərməyə çalışırıq".

AİB sədri onu da qeyd edib ki, qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün yalnız inzibati yollarla mübarizə aparmaq mümkün deyil: "Bu məsələyə yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi nəzarət edirlər. Amma bununla bağlı maarifləndirmə işləri də vacibdir. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi azdır. İstehlakçı ət və ət məhsullarını təsadüfi kəsim yerlərindən deyil, iri marketlərdən almalıdır. Biz buna öyrəşməliyik. Çünki iri ticarət mərkəzlərinə daxil olan məhsullara AQTA tərəfindən ciddi nəzarət edilir. Həmin məhsullar rəsmi satış icazəsi olmadan marketlərə daxil ola bilməz. Təsadüfi kəsim yerlərində isə nəzarət yoxdur. İstehlakçı bu cür kəsim məntəqələrindən ət almaqla sağlamlığını təhlükəyə atır".

Bakıda keçmiş arvadını bıçaqlayan şəxs like
  • 12 Okt 13:34  
Kriminal Bakıda keçmiş arvadını bıçaqlayan şəxs

2022-ci il avqustun 30-da Yasamal rayonu ərazisində Araz İsazadənin qısqanc

arrow Ətraflı
Çimərlikdə helikopter QƏZASI: yaralananlar var like
  • 12 Okt 13:29  
Dünya Çimərlikdə helikopter QƏZASI: yaralananlar var

ABŞ-nin Kaliforniya ştatının cənubunda ən populyar çimərliklərdən biri

arrow Ətraflı
Ən nazlı BÜRCLƏR: insanı usandırırlar like
  • 12 Okt 13:19  
Digərləri Ən nazlı BÜRCLƏR: insanı usandırırlar

Astrologiyada bəzi bürclər var ki, onların davranışları ətrafdakı insan

arrow Ətraflı
Azərbaycanda 16 yaşlı qız ana oldu like
  • 12 Okt 13:14  
Digərləri Azərbaycanda 16 yaşlı qız ana oldu

Azərbaycanda 16 yaşlı qız ana olub.

arrow Ətraflı
Tolik aparıcı Zaurun cavabını verdi: "Zaurlar arasında like
  • 12 Okt 13:04  
Şou-biznes Tolik aparıcı Zaurun cavabını verdi: "Zaurlar arasında

Prodüser və aparıcı Tarix Əliyev verilişində həmkarı Zaur Nəbioğlunun

arrow Ətraflı
Ərdoğan həmin Sammitdə iştirak edəcək like
  • 12 Okt 12:49  
Digərləri Ərdoğan həmin Sammitdə iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək

arrow Ətraflı
Leysan, sulu qar, şimalqərb küləyi... – Həftənin ilk iş gününün like
  • 12 Okt 12:44  
Digərləri Leysan, sulu qar, şimalqərb küləyi... – Həftənin ilk iş gününün

Azərbaycanda oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
3 milyon avroluq yeni avtomobil təqdim olundu like
  • 12 Okt 12:34  
Digərləri 3 milyon avroluq yeni avtomobil təqdim olundu

Almaniya şirkəti "Capricorn", ilk növbədə, yüksəksəviyyəli ya

arrow Ətraflı
Şərurlu İsfəndiyarla bağlı İDDİA: “Gizli çəkliş edib medianı təhdid edir” like
  • 12 Okt 12:33  
Digərləri Şərurlu İsfəndiyarla bağlı İDDİA: “Gizli çəkliş edib medianı təhdid edir”

Məşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya at

arrow Ətraflı
Cabir son vaxtlar buna görə like
  • 12 Okt 12:24  
Şou-biznes Cabir son vaxtlar buna görə

Əməkdar artist Dilarə Əliyeva "Astar"ın Yutub layihəsində mərh

arrow Ətraflı
"Taliban" milyardlarla dollarlıq hərbi texnikanı like
  • 12 Okt 12:19  
Dünya "Taliban" milyardlarla dollarlıq hərbi texnikanı

ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra (30 avqust 2021-ci il)

arrow Ətraflı
Azərbaycanlı müğənni özünə SAXTA toy edib?  "Rəsmi nikahımız yoxdur!" like
  • 12 Okt 12:04  
Şou-biznes Azərbaycanlı müğənni özünə SAXTA toy edib? "Rəsmi nikahımız yoxdur!"

Bir müddət öncə toy çalsdıran müğənni Gülka Ələkbərli ilə bağlı

arrow Ətraflı
Bəşər Əsəd hazırda başını "nə ilə qatır?" like
  • 12 Okt 11:34  
Dünya Bəşər Əsəd hazırda başını "nə ilə qatır?"

Keçən ilin dekabrında hakimiyyətdən devrilən Suriyanın keçmiş Prezide

arrow Ətraflı
ABŞ Britaniyanı like
  • 12 Okt 11:22  
Dünya ABŞ Britaniyanı

Birləşmiş Krallıq Çinə casusluqda ittiham edilən iki vətəndaşına qar�

arrow Ətraflı
Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI like
  • 12 Okt 11:15  
Digərləri Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI

Mingəçevirdə atılmış körpə tapılıb.

arrow Ətraflı