Məşhur müğənni həbsxanada
Şou-biznes 12 Okt 2025 10:36:00 61 0
Böyük Britaniyanın Lostprophets qrupunun solisti, uşaqlara qarşı seksual xarakterli cinayətlərə görə 29 il həbs cəzasına məhkum edilmiş İan Uotkins Ueykfild həbsxanasında öldürülüb.
Bu xəbəri də oxu: Maykl Ceksonun “qoxulu” ləqəbi – Pop kralının gizli vərdişləri
Son.az xəbər verir ki, 48 yaşlı musiqiçiyə başqa bir məhbus bıçaqla hücum edib. Qərbi Yorkşir polisi hücum nəticəsində onun öldüyünü təsdiqləyib.
Uotkins 2013-cü ildə uşağa təcavüz, 13 yaşından kiçik uşağa əxlaqsızlıq cəhdi və uşaq pornoqrafiyasının saxlanması və istehsalı da daxil olmaqla 13 seksual cinayətdə təqsirli bilinərək 29 il həbs cəzasına məhkum edilib. 2023-cü ildə Ueykfild həbsxanasında bıçaqlı silahla hücuma məruz qalmışdı. The Daily Mirror bildirir ki, musiqiçi 900 funt-sterlinq narkotik borcuna görə daha üç məhbus tərəfindən girov saxlanılıb və həbsxana əməkdaşlarının müdaxiləsindən sonra sərbəst buraxılıb.
Lostprophets 1997-ci ildə Uotkins və gitaraçı Lee Gaze tərəfindən təsis edilib. Qrup dünya üzrə təxminən 3,5 milyon nüsxə satan beş studiya albomu buraxıb. Qrupun iki treki olan "Last Train Home" və "Rooftops" Böyük Britaniya hit-paradlarının ilk 10-luğuna daxil olub. Qrup 2013-cü ildə Uotkinsin həbsindən sonra dağılıb. /Musavat.com
Avtobuslarda gediş haqqının "QR-kod"la ödənişi zamanı məbləğ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİH�

Kamerun prezidenti Pol Biya səkkizinci dəfə namizədliyini irəli sürüb və

Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasınd

Tennessi ştatında hərbi partlayıcılar istehsal edən "Accurate Energet

Müğənni Aytac Vidadiqızı qalmaqallı açıqlama verib.

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dünyada 2,2 milyard insanın gözü problemlidir və bu itkilərin ən azı 80%

Eynək istifadəçilərinin ən çox rastlaşdığı problemlərdən biri şüş

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun bəzi qeyri-adi məişət vərdişlər

İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özün

Türkiyəli məşhur müğənni və aktrisa Hülya Avşar yeni imici ilə hamın

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaqnoz
