Həmin direktordan növbəti şikayət “50dən çox adamı işdən çıxarıb...”
Digərləri 10 Okt 2025 15:09:00 94 0
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.
Bu xəbəri də oxu: Bütün proqnozlar altüst oldu Qızılı belə kölgədə qoyan sərmayə vasitəsi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.
Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: "Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik tərəfindən işdən çıxarılıb. Buna heç bir əsaslı səbəb də göstərmilər. Mən 2024-cü ildən kollecdə çalışmışam. Müddətli müqaviləmin vaxtının bitməsinə 1 gün qalmış mənə işdən azad olunduğum bildirilib. Halbuki qanunla 10 gün əvvəldən mənə bildiriş göndərilməli və xəbərdarlıq olunmalı idim. Mən 2027-ci ilə qədər analıq məzuniyyətində olan müəllimi əvəz edirdim və hələ davam edə bilərdim. Kollecdə dərs saatları qeyri-bərabər şəkildə bölünüb, müəllimlər arasında komanda yaradılıb, hüquq pozuntusu baş alıb gedir və şikayətlərə baxılmır. Bəzi müəllimlərə 750 saat, bəzilərinə isə 250 saat dərs verilir. Dəfələrlə direktor Hicran Əyyubovaya müraciət etmişəm, amma şikayətimə baxılmayıb. Sanki yeni direktor çalışır ki, əvvəlki rəhbərliyin dövründən bir nəfər də qalmasın. Kollecdə kim ona yaltaqlanmır, öz sözünü deyir, işdən azad olunur".
K.Nəsirova müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini əlavə edib.
Digər şikayətçi Sura Muradova isə 1991-ci ildən bu kollecdə işlədiyini və heç bir xəbərdarlıq olunmadan işdən çıxarıldığını söyləyib: "Pensiya vaxtım çatdığı üçün müqavilə ilə çalışırdım. Kollecə bu ilin iyulunda Hicran Əyyubova direktor, Gülnar Kərimova isə müavin təyin olundu. Direktor gəldikdən sonra 1 ay işləyib məzuniyyətə çıxdım. Məzuniyyətdən cəmi 8 gün idi ki qayıtmışdım, direktor məni çağırıb işdən azad olunduğumu dedi. Mənə heç bir bildiriş göndərilməyib, xəbərdarlıq edilməyib. Bu, özbaşınalıqdır. Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir. Öz qanunsuz əməllərini müavini Gülnar Kərimova vasitəsilə həyata keçirir. İşçilər təhdid olunurlar. Bəzi işcilərə ərizə yazıb işdən çıxmaq deyilir. Etiraz edənlərin maaşa əlavəsi kəsilir, məzuniyyət verilmir, saxta aktlar tərtib olunur və maddə ilə çıxarılmaqla təhdid olunurlar. Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar və bu haqsızlıqlara son qoyulsun".
Növbəti şikayətlərlə bağlı İqtisadiyyat və Humanitar Kolleci ilə yenidən əlaqə saxladıq. Orta ixtisas məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, müəllimlər K.Nəsirova və S.Muradova tərəfindən irəli sürülən iddialar həqiqətə uyğun deyil: "Kollecdə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi, hər hansı bəhanə ilə işçinin işdən azad edilməsi, kollecin rəhbərliyi tərəfindən işçilərə qarşı hər hansı təzyiq, təhdid edilməsi, məzuniyyət hüququnun pozulması, saxta aktların tərtib olunması, işçilərin maaşına əlavənin kəsilməsi kimi hallar yoxdur.
Oktyabrın 10-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini t�

Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bakıda fəaliyyət göstərən məşhur "Okean Avtosalon"unun satış

Ötən ilin iyulunda Beyləqanda yüksək sürətlə ağır qəza törətmiş 19

Məşhur amerikalı aktyor Cona Hill görünüşü ilə diqqət çəkib.

"Hamı üçün Əminə Yusifqızı idi, bizim üçün isə doğma insan idi

Temudan aldığı kosmetik məhsul qıza baha başa gəlib.

Milli Məclisin üzvü Ramil Həsənin deputat mandatına xitam verilməsi ilə

"Dövlət xidmətləri haqqında" yeni qanun qəbul ediləcək.

XXI əsrdə rəqəmsallaşma həyatın bütün sahələrinə sirayət edib - dö

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
