“Həzi AslanovƏhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı
Digərləri 10 Okt 2025 12:23:00 71 0
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır. Yeni tədris mövsümünün başlanması ilə əlaqədar "Həzi Aslanov" stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə "Həzi Aslanov-Əhmədli" mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.
Bu xəbəri də oxu: Sabah Bakıda 24 dərəcə isti olacaq
Son.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata əsasən, plana uyğun olaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilib.
Xatırladaq ki, 2024-cü il noyabr ayının 30-da "Həzi Aslanov" stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız "Əhmədli" stansiyasına qədər təşkil edilir. Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, "Həzi Aslanov" stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib.
Hazırda tətbiq edilən yeni interval sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də artan sərnişin axınının daha çevik və operativ şəkildə tənzimlənməsinə xidmət edir.
Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.
Tanınmış hüquqşunas Adəm Məmmədova yeni vəzifə verilib.

Su sızması artıq təkcə borunun deşilməsi demək deyil. Müasir evlərdə

Milli Məclisin deputatı Ramil Həsən vəzifəsindən istefa verir.

MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda d

Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi ke�

İstanbulda Baş Prokurorluq tərəfindən başladılan narkotik əməliyyatı

Məşhur türkiyəli aktrisa Meryem Üzerli yeni reklam razılaşması imzalayı

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərk

Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqo

Ukrayna lideri Volodimir Zelenski Nobel Sülh Mükafatının ABŞ Prezidenti D

İtaliyada 32 yaşlı katolik keşiş Alberto Ravaniani sosial mediada idmanla b

Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər! Artıq Wolt

Son.az xəbər verir ki, bu barədə məlumat İsrail Baş nazirinin ofisi tər�

Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdu

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa
