Ən sağlam səhər yeməyi açıqlandı: Yumurta və pendirdən daha faydalı…


Digərləri 09 Okt 2025 22:54:00 82 0

Ən sağlam səhər yeməyi açıqlandı: Yumurta və pendirdən daha faydalı…

Səhər yeməyi vərdişlərini dəyişdirəcək yeni açıqlama gəlib. İllərdir "ən sağlam seçim" kimi qəbul edilən yumurta, pendir və hətta tərəvəzlərdən çox, onların necə və hansı formada yeyilməsi daha vacib imiş. Qidalanma mütəxəssisləri səhər yeməyinin sağlam bədən və güclü zehn üçün əhəmiyyətinə diqqət çəkib və ideal menyunu açıqlayıblar.

Mütəxəssislərə görə səhər yeməyi, bədənə "oyanma vaxtıdır" siqnalı göndərən ilk addımdır. Gecə boyu yavaşlayan metabolizmanı sürətləndirir, qan şəkərini tənzimləyərək gün ərzində yaranan enerji düşmələrinin qarşısını alır.

Daimi və sağlam səhər yeməyi vərdişi:

şəkərli diabet və ürək-damar xəstəlikləri riskini azaldır,

əhvalı yaxşılaşdırır,

diqqət və zehni performansı artırır.

İdeal səhər yeməyinin tərkibi

Günə balanslı və enerji dolu başlamaq üçün səhər süfrəsində bu qida qrupları mütləq yer almalıdır:

Zülal (protein): əzələləri qoruyur, uzunmüddətli toxluq yaradır. Yumurtalar, az yağlı pendir, yoğurt, paxlalılar və qoz-fındıq ən yaxşı mənbələrdəndir.

Sağlam karbohidratlar: əsas enerji mənbəyidir. Yulaf, qarabaşaq, tam taxıllı çörək, təzə meyvə və tərəvəzlər gün ərzində enerjini tənzimləyir.

Sağlam yağlar: beyin və orqanizmin normal fəaliyyəti üçün vacibdir. Səhər yeməyinə az miqdarda zeytun yağı, avokado, qoz-fındıq və ya somon balığı əlavə etmək tövsiyə olunur.

Kalsium: möhkəm sümüklər üçün vacibdir. Pendir, süd, yoğurt və susam kalsium baxımından zəngindir.

Səhər uzaq durulmalı olan 4 qida qrupu

Mütəxəssislər bəzi səhər qidalarının bədəni yüklədiyini və enerjini kəskin şəkildə azaltdığını bildirirlər:

Şəkərli və emal olunmuş qidalar - keks, şirniyyat, bulka və s. qan şəkərini sürətlə qaldırır və sonra kəskin şəkildə salır.

Fast food və qızardılmış yeməklər - çoxlu doymuş yağ ehtiva etdiyinə görə həzmi çətinləşdirir.

Qazlı içkilər - mədə şişkinliyi və narahatlıq yarada bilər.

Çox duzlu və ədviyyatlı qidalar - səhər saatlarında həzm sisteminə ağır gəlir.

"İkinci səhər yeməyi" üsulu

Mütəxəssislər səhər yeməyini iki mərhələyə bölməyi də tövsiyə edirlər:

Əvvəlcə balanslı əsas səhər yeməyi yeyilir.

2-3 saat sonra isə yüngül qəlyanaltı (alma, banan, bir ovuc qoz-fındıq və ya təbii yoğurt) qəbul edərək qan şəkəri tənzimlənir və günorta yeməyində artıq yeməyin qarşısı alınır.

Şirin istəyi yarandıqda isə təbii meyvələr, az miqdarda acı (bitter) şokolad və ya şəkərsiz mürəbbələr daha sağlam seçim sayılır. Lalə Qüdrətova Son.az

Əməkdar artist aktyor oğluna toy edir like
  • 09 Okt 22:41  
Şou-biznes Əməkdar artist aktyor oğluna toy edir

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq.

arrow Ətraflı
Bunu eşidən bir daha cibində gəzdirmir  Sağlam insanlara belə təsir edir like
  • 09 Okt 22:14  
Digərləri Bunu eşidən bir daha cibində gəzdirmir Sağlam insanlara belə təsir edir

Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, elm adamları

arrow Ətraflı
Bu əlamətlər ürəyin zəifliyindən xəbər verir  Hər an tuta bilər... like
  • 09 Okt 22:00  
Digərləri Bu əlamətlər ürəyin zəifliyindən xəbər verir Hər an tuta bilər...

Kardioloq Ernst fon Şvarc ürək xəstəliklərinin dörd ciddi, lakin gözə �

arrow Ətraflı
32 yaşlı müəllimin faciəli şəkildə öldüyü hadisənin təfərrüatı like
  • 09 Okt 21:44  
Digərləri 32 yaşlı müəllimin faciəli şəkildə öldüyü hadisənin təfərrüatı

Müəllim kirayədə qaldığı evdə dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Qəzzaya gedən gəmidə saxlanılan Azərbaycanlılar azad edilib?  RƏSMİ AÇIQLAMA like
  • 09 Okt 21:30  
Siyasət Qəzzaya gedən gəmidə saxlanılan Azərbaycanlılar azad edilib? RƏSMİ AÇIQLAMA

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxsl�

arrow Ətraflı
Nadir nəvəsinə onun adını verəcək like
  • 09 Okt 21:18  
Şou-biznes Nadir nəvəsinə onun adını verəcək

Müğənni Nadir Qafarzadə doğulacaq nəvəsindən danışıb. 

arrow Ətraflı
14 yaş kiçik qardaşını bıçaqlayıb öldürdü  Lənkəranda qətl like
  • 09 Okt 21:05  
Kriminal 14 yaş kiçik qardaşını bıçaqlayıb öldürdü Lənkəranda qətl

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qa

arrow Ətraflı
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi like
  • 09 Okt 21:04  
Kriminal Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini

arrow Ətraflı
Paytaxt məktəbində bir İLK like
  • 09 Okt 20:52  
Digərləri Paytaxt məktəbində bir İLK

Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəb

arrow Ətraflı
Ələtdəki aeroporta rəhbər təyin edildi like
  • 09 Okt 20:31  
Digərləri Ələtdəki aeroporta rəhbər təyin edildi

Ələt Azad İqtisadi Zonasında yaradılan yeni hava limanı idarəsinin idarə

arrow Ətraflı
Ukrayna: Münaqişə zamanı 200 minə yaxın insan itkin düşüb like
  • 09 Okt 20:28  
Digərləri Ukrayna: Münaqişə zamanı 200 minə yaxın insan itkin düşüb

Rusiya-Ukrayna müharibəsi nəticəsində təxminən 200 min insanın itkin dü

arrow Ətraflı
Qeysəriyyə üsulu ilə ana olanların nəzərinə! like
  • 09 Okt 20:00  
Digərləri Qeysəriyyə üsulu ilə ana olanların nəzərinə!

Qeysəriyyə əməliyyatı növbəti hamiləlikdə erkən doğuş riski yaradır

arrow Ətraflı
Goranboyda ağır qəza  5 nəfər xəsarət aldı like
  • 09 Okt 19:50  
Digərləri Goranboyda ağır qəza 5 nəfər xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanlı müğənni efirdə göz yaşı tökdü: "Kürəkənim qızımın toyuna buraxmadı" like
  • 09 Okt 19:37  
Şou-biznes Azərbaycanlı müğənni efirdə göz yaşı tökdü: "Kürəkənim qızımın toyuna buraxmadı"

Müğənni Səbinə Selcan qonaq olduğu verilişdə səsləndirdiyi səmimi e

arrow Ətraflı