AQTAdan Zaqatalanı basan böcəklərlə bağlı məsləhət verdi : "Tozsoranla toplayın!"


Digərləri 07 Okt 2025 18:32:00 81 0

AQTAdan Zaqatalanı basan böcəklərlə bağlı məsləhət verdi : "Tozsoranla toplayın!"

Zaqatalanın böcəklərin hücumuna məruz qalması barədə xəbər vermişdik. 

AQTA məsələ ilə bağlı açıqlama yayıb. 

"Qəhvəyi mərmər bağacığı aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır". 

Qurumdan Son.az-a daxil olan açıqlamada deyilir:

"Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. Elmə əsaslanan faktlar göstərir ki, hazırkı payız dövründə qəhvəyi mərmər bağacığı fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır.

Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. 

AQTA tərəfindən aparılan monitorinq və təhlillərə əsasən bildiririk ki, qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. 

Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca önəmlidir. 

Qəhvəyi mərmər bağacığının qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur. 

Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə də xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.

Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu  zərərvericinin populyasiyasının qarşısını ala bilər".  Son.az 


Xəbərə aid fotolar

Rövşanənin yeni iş yeri like
  • 07 Okt 18:28  
Şou-biznes Rövşanənin yeni iş yeri

Aparıcı Rövşanə Ağasəfqızı özünə yeni iş yeri tapıb.

arrow Ətraflı
Pəncərələri bağlı saxlayın: Evləri həşəratlar basdı like
  • 07 Okt 18:07  
Digərləri Pəncərələri bağlı saxlayın: Evləri həşəratlar basdı

Son zamanlar Balakən, Zaqatala bölgəsində evlərə və həyətlərə müxtə

arrow Ətraflı
Üstünlük Rusiyada: Bu əraziləri nəzarətə götürdü like
  • 07 Okt 17:52  
Digərləri Üstünlük Rusiyada: Bu əraziləri nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Zaporojye bölgələrində

arrow Ətraflı
Sezen Aksu illər sonra görüntüləndi  tanınmaz halda like
  • 07 Okt 17:45  
Şou-biznes Sezen Aksu illər sonra görüntüləndi tanınmaz halda

Səhnədən Uzun müddət uzaq düşən türkiyəli məşhur müğənni Sezen A

arrow Ətraflı
Azərbaycanda 11ci sinif şagirdi vəfat etdi  FOTO like
  • 07 Okt 17:42  
Digərləri Azərbaycanda 11ci sinif şagirdi vəfat etdi FOTO

Şəmkirdə 11-ci sinif şagirdi vəfat edib.

arrow Ətraflı
Bakıda ilk beynəlxalq Baku Tango Marathon keçiriləcək  üç günlük Argentina tangosu bayramı like
  • 07 Okt 17:37  
Kriminal Bakıda ilk beynəlxalq Baku Tango Marathon keçiriləcək üç günlük Argentina tangosu bayramı

17-19 oktyabr tarixlərində Bakı şəhərində, Dreamland Golf Club-da ilk bey

arrow Ətraflı
Kənd təsərrüfatı sahəsində bu şəxslərə ödənilən məbləğin yuxarı həddi artırılır like
  • 07 Okt 17:30  
Digərləri Kənd təsərrüfatı sahəsində bu şəxslərə ödənilən məbləğin yuxarı həddi artırılır

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlər

arrow Ətraflı
TDT Baş katibi Prezident İlham Əliyevə təşəkkür edib like
  • 07 Okt 17:28  
Siyasət TDT Baş katibi Prezident İlham Əliyevə təşəkkür edib

Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə ke�

arrow Ətraflı
"Gündə bir maşınla gəlirdi, bütün kənd bilirdi"  Dəhşətli QƏTL like
  • 07 Okt 17:25  
Digərləri "Gündə bir maşınla gəlirdi, bütün kənd bilirdi" Dəhşətli QƏTL

Oktyabrın 6-da Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatl

arrow Ətraflı
75 yaşlı Rusiya lideri barədə 10 maraqlı FAKT  Putin kimdir? like
  • 07 Okt 17:20  
Digərləri 75 yaşlı Rusiya lideri barədə 10 maraqlı FAKT Putin kimdir?

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu gün 7 oktyabrda 75

arrow Ətraflı
Azərbaycanla bağlı bu paylaşımlar yalandır!  Türkiyə like
  • 07 Okt 17:11  
Siyasət Azərbaycanla bağlı bu paylaşımlar yalandır! Türkiyə

"Bəzi sosial media hesablarında "İsrailin 7 oktyabrda Qəzzaya qar�

arrow Ətraflı
Marketdən alınan toyuğun içindən görün nə çıxdı  FOTOlar like
  • 07 Okt 17:03  
Digərləri Marketdən alınan toyuğun içindən görün nə çıxdı FOTOlar

"Hicaz" markalı toyuq məhsulu ilə bağlı yayılan görüntülər g

arrow Ətraflı
Məhkəmə zalında faciə  Hakim güllələnərək öldürüldü like
  • 07 Okt 16:54  
Dünya Məhkəmə zalında faciə Hakim güllələnərək öldürüldü

Albaniyanın paytaxtı Tiranada Apellyasiya Məhkəməsində silahlı insident b

arrow Ətraflı
"Nadirin oğlunun toyuna 2 min manat yazdırdım" like
  • 07 Okt 16:45  
Şou-biznes "Nadirin oğlunun toyuna 2 min manat yazdırdım"

Müğənni Xatun Əliyeva maraqlı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı