5 uşaqdırlar, heç biri təhsil almır
Digərləri 05 Okt 2025 20:39:00 130 0
Abşeronda Tahirovlar ailəsinin 5 uşağı təhsildən kənarda qalıb. Buna səbəb hələ bu günə kimi onlara heç bir sənədin alınmamasıdır.
Son.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ailə indiyə kimi sənəd almaq üçün heç bir quruma müraciət etməyib.
Əslən Lənkəran rayonundan olan Tahirovlar ailəsi illərdir sənədsizlik problemi ilə üzləşib. Hazırda Abşeron rayonunun Goradil kəndində məskunlaşan ailə çıxılmaz vəziyyətdə qalıb. Ailənin beş azyaşlı övladının heç birinin nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi var.
14 yaşlı Rasimə Tahirova, 13 yaşlı Ramal Tahirov, 12 yaşlı Emin Tahirov, 6 yaşlı Alixan Tahirov məktəbə gedə bilmir. 3 yaşlı Dərya Tahirova isə sənədsiz olduğu üçün bağçaya qəbul edilmir.
Ailənin qohumu Zenfira Abdullayeva uşaqların təhsildən yayındırılmasını belə izah edir:
"Ailənin imkanı yoxdu, kirayə qalırlar. Heç bir halda çatdıra bilmirlər. Mən də istəyirəm ki, bacımın nəvələri oxusun. 5 uşaqdır, heç birinin sənədi yoxdur. Ana da xəstədir".
Uşaqların anası Günel Tahirova bildirir ki, uşaqları məktəbə getmək, oxumaq, həmyaşıdları kimi gələcək qurmaq istəyirlər. Amma sənədləri olmadığı üçün heç bir yerə qəbul edilmirlər.
Hüquqşünasların sözlərinə görə, vətəndaş özünün və ailə üzvlərinin hüquqi statusunu rəsmiləşdirmək məqsədilə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına müraciət edə bilər. Bununla bağlı heç bir əngəl yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl Zərdabın Sarıqaya kəndində bir ailədən 6 uşaq məktəbə getməsi sosial şəbəkələrdə gündəm olmuşdu.
Daha ətraflı videomaterialda:
Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partl

2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən A

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəz

Türkiyəli aktyor Ufuk Bayraktar barəsində açılan cinayət işi üzrə isti

Ermənistan Baş naziri Nikol Paşinyanı təəccübləndirən hadisə diqqət �

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işg

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.

Birinci hansı yaranıb - toyuq, yoxsa yumurta? Alimlər nəhayət cavab tapıbl

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 oktyabr 2025-ci il tarixində

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" proqram

Adətən hava yolu ilə səyahət edən insanlar düşünür ki, əgər təyyar�

Gürcüstanda dünənki seçkilər ən yüksək demokratiya standartlarına uyğ

Ekspertlərin sözlərinə görə, bu avtomobillər böyük nasazlıqlar olmadan
