Adnan Əhmədzadənin mülk siyahısı: Milyonluq evlər...
Digərləri 01 Okt 2025 18:58:00 56 0
İngiltərə və Uelsdə əmlakların qeydiyyatı şirkəti olan "HM Land"də Adnan Əhmədzadənin 2016-cı ilin fevralında 6,5 milyon funt-sterlinqə (təxminən 8 milyon dollar) Londonda mənzil alması barədə məlumatlar yayılıb. Mənbələrdə qeyd olunur ki, sözügedən mənzil ingilislər tərəfindən "Hamlet Tower" kimi tanınan "Denison House, 20 Lanterns Way 409" ünvanında yerləşir.
Bu xəbəri də oxu: Sabah 70 minə yaxın abonentin qazı kəsiləcək
Son.az xəbər verir ki, bu barədə Musavat.com-un analitik məqaləsində qeyd olunub.
Bildirilib ki, əslində Londonda mənzil satışı firmalarının elanlarında həmin binada evin qiymətinin 549 min funta (təxminən 1,1 milyon manat) bərabər olduğu göstərilir.
Sənədə əsasən, mənzilin ödənişi İngiltərənin cənubundakı Kanal adalarında qeydiyyatda olan "Hambros Bank Limited" vasitəsilə həyata keçirilib.
O da qeyd olunur ki, 26 aprel 2018-ci ildə Adnan Əhmədzadənin adından 5,5 milyon funt sterlinq məbləğində ilk ödəniş edilib. Sənəddə Adnan Əhmədzadənin Dubaydakı Palm Jumeirah adasında yerləşən "Oceana Residence" (Argean PH2) yaşayış ünvanı göstərilir.
Məlumata görə, bu yaşayış kompleksində üç otaqlı mənzilin qiymətləri 3,9-7,7 milyon dirhəm (1,1-2,1 milyon ABŞ dolları) arasında dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.
London mənzili üçün £550,000 məbləğində ikinci ödəniş 14 fevral 2019-cu ildə "AA Properties 2000 LTD" vasitəsilə həyata keçirilib. "AA Properties 2000 LTD" şirkətini isə Adnan Əhmədzadə 4 dekabr 2015-ci ildə Londonda təsis edib.
Qeydiyyat nömrəsi "09903368" olan şirkətin ünvanı "Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR" olaraq göstərilib.
Adnan Əhmədzadənin 9 yanvar 2017-ci ilə qədər direktoru olduğu bu şirkət əmlak alqı-satqısı ilə məşğul olub. O vaxtdan etibarən şirkətə 1994-cü il doğumlu Nigar Kərimli adlı şəxs rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimar

Müdafiə Nazirliyinin "N" saylı korpusunun Maliyyə xidmət rəisi v

Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayı

Məşhur menecer Ayşe Barım Gəzi Parkı etirazları ilə bağlı "Türk

İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) region jurnalı təsis edib.

Tanınmış aktyor Rəşad Kəsəmənli sosial şəbəkə hesabında qızı i

Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq

5 oktyabr 90-lar qayıdır Opera studiyasının səhnəsində! İlqar Xəyal, Ab

Külli miqdarda dələduzluqda təqsirləndirilən 1962-ci il təvəllüdlü Nə

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir reg

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direk

Gəncədə Azərbaycan Texnologiya Universitetinin (AzTU) müəllimi Nüsrət Ə

Amerikalı müğənni-aktrisa Selena Qomez ötən gün musiqi prodüseri Benni B

Osmaniyədə universitetdə tibb bacılığı fakültəsinin son kurs tələbə

"Təxminən on gün öncə bacım Gülənay Məmmədovanın "Məlhəm&
