“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”
Digərləri 01 Okt 2025 16:17:00 89 0
"Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıraraq 600 manata çatdırılıb. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası bu analizi etsə də, vətəndaşa heç bir qəbz təqdim olunmur".
Son.az xəbər verir ki, bu iddia ilə "Gündəlik Azərbaycan" səhifəsinə muxtar respublikada yaşayan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, ev heyvanlarını Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı ərazisində sözügedən analizin nəticələri ilə bağlı arayış tələb olunur. Yerli sakin Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyib: "İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil".
Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə qarşılaşıb: "Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm, 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnstitutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Mütəxəsislərdən öyrəndim ki, ötən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub. 3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi, yalnız analizin nəticəsini verib yola saldılar".
Şikayətçilər əvvəllər bu analizin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirildiyini, analiz üçün 50-60 manat tələb olunduğunu bildiriblər.
Problemlə bağlı Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən qurumda hazırda həmin analizlərin aparılması üçün imkanlar yoxdur: "Azərbaycan Respublikasında baytarlıq sahəsi üzrə göstərilən xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları" ilə müəyyən edilir. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan analizlərə görə xidmət haqları qeyd edilən normativ sənədə əsasən tənzimlənir.
Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İ

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivind

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya

TRT-nin əməkdaşı Qəzza zolağında həlak olub.

2025-ci ilin ilk səkkiz ayında Rusiyada aparılan yoxlamalar zamanı 111 tonda

Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan "INMerge

ABŞ-də aktivist məktəb şurasında etiraz əlaməti olaraq soyunub.

Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb.

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında baş verən insident

Xəbər verdiyimiz kimi, bu gün Bakıda İtaliya-Azərbaycan Universitetinin il

Azərbaycanda ailə qurmaq və övlad sahibi olmaq hər bir cütlüyün arzusu o

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəs

Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.
