“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə sahibkarlarla görüş keçirilib FOTO
Digərləri 30 Sen 2025 13:27:00 52 0
Tədbirdə sahibkarlar maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
Bu xəbəri də oxu: Cabir İmanovun dostu: "Bu gün 15:30da görüşümüz var idi"
Şəki şəhərində "Regional tərəfdaşların inkişafı" layihəsi çərçivəsində bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə keçirilən tədbirdə qida, kənd təsərrüfatı, turizm, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.
Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları və mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunmuş tədbirə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar da qatılıblar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Marsol Group"un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış ediblər. Çıxışlarda sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, bizneslər arasında əməkdaşlıq imkanları, sahibkarlıq fəaliyyəti üçün bölgənin iqtisadi potensialı barədə məlumat verilib.
Qeyd olunub ki, Şəki kənd təsərrüfatı, sənaye və turizm sahələrində güclü potensiala malikdir. İpəkçilik, üzümçülük və meyvəçilik ənənələri bu gün müasir aqrar texnologiyalar və emal sənayesinin inkişafı ilə güclənir. Rayonun mədəni irsi onu aparıcı turizm məkanına çevirib. İnfrastruktur layihələri və sahibkarlığa dəstək tədbirləri Şəkini investorlar üçün cəlbedici edir. Dövlət dəstəyi və sahibkarlığın inkişafı nəticəsində rayonda yeni təsərrüfatların qurulması məşğulluq səviyyəsini artırır.
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxarılması

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Qubanın Ağbil kəndi ərazisində a

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanovun nəşi Əbu-bəkr məs

ABŞ Prezidenti Donald Tramp bu gün Oval kabinetdə vacib bir açıqlama ilə �

Uzun illərdir televiziya tarixinin ən məşhur animasiya seriallarından biri

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünən Bakıda idman za

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında əməkdar artist Cabir İm

Son zamanlar bir sıra yaddaqalan tədbirlərin və festivalların məkanına ç

İsrail Baş naziri Benyamin Netanyahu Qətərin Əmiri Təmim bin Həməd əs-S

Hər müharibədə bir məqam gəlir ki, tərəflər artıq "necə döyüş

"Cabirin ölüm xəbərini televiziyadan eşitdim. Əlim-ayağım qurudu. �

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov ötən gün Bakıda idma
