Bu ətlərin satışına icazə verilməyəcək YENİ QAYDA


Digərləri 30 Sen 2025 10:40:00 56 0

Bu ətlərin satışına icazə verilməyəcək  YENİ QAYDA

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

Bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları"nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Yeni qərar hansı dəyişikliklərə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bu qərarın reallaşdırılması tamamilə mümkündür, amma həm inzibati, həm də praktiki tərəfləri var:

"Əgər normativ sənədlərdə bu tələb təsbit olunarsa, bütün ət məhsullarının baytarlıq ekspertizasından keçməsi və yalnız damğa-ştampla satışa buraxılması məcburi olacaq. Bu, həm də ictimai nəzarət və cərimə mexanizmi tələb edir, yəni damğasız ət satışına görə sanksiyalar tətbiq ediləcək.

Şəhərlərdə və iri qəsəbələrdə kəsim məntəqələri və baytarlıq ekspertizası laboratoriyaları artıq mövcuddur, buna görə damğalama asan tətbiq oluna bilər.

Regionlarda və kəndlərdə çətinliklər ola bilər, çünki çox vaxt heyvanlar ev şəraitində kəsilir və satış bazarlarda aparılır. Burada damğalama üçün mobil ekspertiza briqadaları və ya rəsmi kəsim məntəqələri şəbəkəsi qurulmalıdır".

Müsahibimiz hesab edir ki, damğa və ştampın saxtalaşdırılma riski mövcuddur:

"Bunun üçün xüsusi qoruyucu nişanlar tətbiq edilməlidir. Bütün ölkəni əhatə edən baytarlıq müfəttişlərinin sayı və logistik imkanlar kifayət qədər artırılmalıdır. Əgər mərhələli şəkildə tətbiq olunarsa, 3-5 il ərzində tam reallaşdırmaq mümkündür. Əks halda, birbaşa bütün ölkə üzrə tətbiq etməyə çalışılsa, kəndlərdə və qeyri-rəsmi kəsim yerlərində ciddi müqavimət və çətinliklər yaşana bilər.

Yəni, bu tədbir mümkündür, amma tam effektiv olması üçün kəsim məntəqələrinin genişləndirilməsi, baytarlıq laboratoriyalarının regionlarda artırılması, damğa və ştampın saxtalaşdırılmasına qarşı müasir qoruma sistemlərinin yaradılması, inzibati nəzarət və cərimələrin tətbiqi vacibdir".

DYPdən toy karvanında avtoşluq edənlərə XƏBƏRDARLIQ like
  • 30 Sen 10:35  
Digərləri DYPdən toy karvanında avtoşluq edənlərə XƏBƏRDARLIQ

Dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törəd

arrow Ətraflı
Tanınmış aktyor Rusiyada həlak oldu like
  • 30 Sen 10:28  
Şou-biznes Tanınmış aktyor Rusiyada həlak oldu

Ukraynalı aktyor, musiqiçi və könüllü Andrey Neskubin Rusiya aviasiyasın�

arrow Ətraflı
500 manat ziyana düşdü, az qaldı ölsün  “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA like
  • 30 Sen 10:25  
Digərləri 500 manat ziyana düşdü, az qaldı ölsün “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA

Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sa�

arrow Ətraflı
Xalq artistinin SON DURUMU like
  • 30 Sen 10:23  
Kriminal Xalq artistinin SON DURUMU

"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir".

arrow Ətraflı
Bakıda baş verən ağır qəzanın like
  • 30 Sen 10:20  
Digərləri Bakıda baş verən ağır qəzanın

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Tanınmış aparıcıya yüksək vəzifə verildi like
  • 30 Sen 10:17  
Digərləri Tanınmış aparıcıya yüksək vəzifə verildi

Tanınmış prodüser və aparıcıya Dənizkənarı Bulvar İdarəsində vəzif

arrow Ətraflı
İlin sonu altı bürc üçün möcüzələrlə dolu olacaq like
  • 30 Sen 10:00  
Digərləri İlin sonu altı bürc üçün möcüzələrlə dolu olacaq

2025-ci ilin son ayları bəzi bürclər üçün həyatın ən unudulmaz və seh

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 30 Sen 09:46  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okean akvator

arrow Ətraflı
Qızılın qiyməti rekord həddə yüksələrək 3900 dollara yaxınlaşdı like
  • 30 Sen 09:35  
Digərləri Qızılın qiyməti rekord həddə yüksələrək 3900 dollara yaxınlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

arrow Ətraflı
Bakıda bu ərazilər qazsız qalacaq like
  • 30 Sen 09:33  
Digərləri Bakıda bu ərazilər qazsız qalacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin

arrow Ətraflı
Bu valyutalar bahalaşdı  RƏSMİ like
  • 30 Sen 09:28  
Digərləri Bu valyutalar bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 30 Sen 09:21  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

arrow Ətraflı
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ like
  • 30 Sen 09:20  
Digərləri Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan baş

arrow Ətraflı