Azərbaycanda metro və marşrutlarda gediş haqqı artdı


Digərləri 29 Sen 2025 11:16:00 66 0

Azərbaycanda metro və marşrutlarda gediş haqqı artdı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

Bu xəbəri də oxu: Himnimiz yeni formatda

Son.az bu barədə nazirliyə istinadən xəbər verir.

Qurum bəyan edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

Avtobus

Hazırda özəl nəqliyyat şirkətlərinin ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusları ölkəyə gətirməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. "Böyük Qayıdış" planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

Metro

Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

Qərar

İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib:

- Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

- Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

“Forbes” Tramp ailəsinin sərvətində böyük artımı AÇIQLADI like
  • 29 Sen 11:11  
Dünya “Forbes” Tramp ailəsinin sərvətində böyük artımı AÇIQLADI

"Forbes" jurnalı Tramp ailəsinin sərvətində son bir ildə baş ve

arrow Ətraflı
Yeni dələduzluq üsulu  Qadınları ad günündə belə aldadırlar like
  • 29 Sen 11:02  
Digərləri Yeni dələduzluq üsulu Qadınları ad günündə belə aldadırlar

Rusiyada dələduzlar qadınları ad günlərində xüsusi sxemlə aldatmağa ba

arrow Ətraflı
Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı like
  • 29 Sen 11:01  
Digərləri Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı

Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin

arrow Ətraflı
ChatGPTdə də reklamlar olacaq like
  • 29 Sen 10:54  
Digərləri ChatGPTdə də reklamlar olacaq

ChatGPT-də reklam dövrü başlayır.

arrow Ətraflı
Binaların qarşısına kameralar quraşdırılır: Həmin şəxslər cərimə olunacaq  FOTO like
  • 29 Sen 10:45  
Digərləri Binaların qarşısına kameralar quraşdırılır: Həmin şəxslər cərimə olunacaq FOTO

Yasamalda kameralarla bağlı sakinlər tərəfindən maraqlı fakt görüntül

arrow Ətraflı
Sosial xərclər artdı  Bizi nə gözləyir? like
  • 29 Sen 10:37  
Digərləri Sosial xərclər artdı Bizi nə gözləyir?

Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvv�

arrow Ətraflı
"iPhone 17"də xətalar üzə çıxdı: İstifadəçilər şikayətçidir like
  • 29 Sen 10:26  
Digərləri "iPhone 17"də xətalar üzə çıxdı: İstifadəçilər şikayətçidir

"Apple"ın maraqla gözlənilən "iPhone 17" seriyası bazar

arrow Ətraflı
Buzovna yolunda ağır qəza  "BMW" bu hala düşdü  VİDEO like
  • 29 Sen 10:15  
Digərləri Buzovna yolunda ağır qəza "BMW" bu hala düşdü VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"iPhone 17" yığanlar qul kimi like
  • 29 Sen 10:08  
Digərləri "iPhone 17" yığanlar qul kimi

Çinin Çjençjou şəhərində yerləşən və "iPhone 17" smartfonla

arrow Ətraflı
Bəy onu bıçaqlayan şəxsi söhbətə çağırıbmış  İsmayıllıdakı insidentin TƏFƏRRÜATI like
  • 29 Sen 10:06  
Digərləri Bəy onu bıçaqlayan şəxsi söhbətə çağırıbmış İsmayıllıdakı insidentin TƏFƏRRÜATI

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlu

arrow Ətraflı
Bakıda İqlim Fəaliyyəti Həftəsi öz işinə başlayıb like
  • 29 Sen 09:57  
Digərləri Bakıda İqlim Fəaliyyəti Həftəsi öz işinə başlayıb

Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) öz işinə ba�

arrow Ətraflı
Oktyabrda sevgiyə qovuşacaq 3 bürc: Həsrət bitir! like
  • 29 Sen 09:50  
Digərləri Oktyabrda sevgiyə qovuşacaq 3 bürc: Həsrət bitir!

Oktyabr ayı bəzi bürclərin həyatında unudulmaz dönüş nöqtəsi olacaq.

arrow Ətraflı
Nəfəs efirdə hönkürhönkür AĞLADI like
  • 29 Sen 09:45  
Şou-biznes Nəfəs efirdə hönkürhönkür AĞLADI

Tanınmış müğənni Nəfəs Məmmədlinin anası "Rəngarəng səhər&qu

arrow Ətraflı