67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin sirrli HEKAYƏSİ


Dünya 29 Sen 2025 05:05:00 60 0

67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin sirrli HEKAYƏSİ

ABŞ-da 67 il əvvəl müəmmalı şəkildə yoxa çıxmış ailənin qalıqları tapılıb.

Son.az xəbər verir ki, 1958-ci il dekabrın 7-də Portlend şəhərindən olan 54 yaşlı Kennet, xanımı 48 yaşlı Barbra Martin, övladları - 11,13 və 14 yaşlı qızları ilə birgə avtomobilə minib yola çıxıblar. Onlar evlərinə bir daha qayıtmayıblar.

Ailə qırmızı rəngli 1954-cü il istehsalı "Ford Country Squire" avtomobili ilə Kolumbiya çayı dərəsinə yollanırmış. Onların məqsədləri yaşıl budaqlar toplamaq olub. Həmin gün onları həm "Cascade Locks" yanacaqdoldurma məntəqəsində, həm də "Paradise Snack Bar" kafesində (Hood River şəhərində) görüblər. Lakin bir neçə həftə sonra Kolumbiya çayından iki kiçik qızın - Syuzan və Virciniyanın cəsədləri çıxarılıb. Kennet, Barbra və böyük qızları Barbi isə itkin olaraq qalıb.

İstintaqın davamı

Bu iş Oreqon ştatının ən müəmmalı hadisələrindən biri hesab olunurdu. Yalnız 2024-cü ilin sonunda müstəqil dalğıc Arçer Mayo ailəyə məxsus ola biləcək avtomobili aşkar etdi. Maşın "Cascade Locks" yaxınlığında, təxminən 15 metr dərinlikdə tapıldı.

2025-ci ilin martında sudan avtomobilin bəzi hissələri - şassi və mühərrik, kamera, oyuncaqlar və odlu silaha bənzər əşyalar çıxarıldı. İndi isə Mayo bildirib ki, avtomobilin içində insan qalıqları aşkarlayıb. Bunların iki yetkin insana aid olduğu güman edilir.

Dalğıc qeyd edib ki, qalıqları Hood River dairəsi polis idarəsinə təhvil verib. İdarə isə bu məlumatı təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

Mayonun araşdırmaları

Tapıntıya çatmaq üçün Arçer Mayo bir neçə ay icazələr almalı olub, 60 dəfədən çox xüsusi texnika ilə dalış edərək dağıntıları təmizləyib. Nəticədə 1950-ci illərə aid çevrilmiş "Ford" markalı universal avtomobili 18 metr dərinlikdə aşkar edib. Mart ayında yalnız avtomobilin alt hissəsi və mühərriki sudan çıxarılsa da, kuzov, eləcə də içindəki əşyalar suda qalıb.

"Çox məyus oldum. Mən bu işlə yeddi il yaşamışam: düşünmüşəm, xəyal etmişəm, bu işlə məşğul olmuşam, hətta bir növ aludə olmuşam", - deyə Mayo bölüşüb.

2025-ci ilin iyulunda dalğıc hadisə yerinə qayıdaraq dağıntıları təmizləməyə davam edib. Avqust ayında isə o, artefaktlarla yanaşı, iki və ya üç ailə üzvünə aid ola biləcək insan qalıqlarını çıxarıb.

"Özümü elə hiss edirəm ki, onları ailələrinə qaytardım və nəhayət, rahatlıq tapdılar. Mənim ən böyük arzum da bu idi", - deyə dalğıc bildirib. /Lent.az

Bu ölkədə “Qorxulu adamlar” like
  • 29 Sen 04:04  
Digərləri Bu ölkədə “Qorxulu adamlar”

Yaponiyada çətin görüşlərdə onları müşayiət edib qorxuducu təsir ba�

arrow Ətraflı
Yaşlanmaqdan qorxmayın  Gec yaşlanmağın sirləri like
  • 29 Sen 03:03  
Digərləri Yaşlanmaqdan qorxmayın Gec yaşlanmağın sirləri

Yaşlanma insan həyatının qaçılmaz mərhələsi olsa da, onun sürəti əsa

arrow Ətraflı
Bu şəxslər üçün siqaret çəkmək faydalı ola bilər like
  • 29 Sen 02:02  
Digərləri Bu şəxslər üçün siqaret çəkmək faydalı ola bilər

Siqaret çəkmək, iltihabi bağırsaq xəstəliklərindən (İBX) əziyyət ç

arrow Ətraflı
Çilləri belə yox edin like
  • 29 Sen 01:01  
Digərləri Çilləri belə yox edin

Çillər xüsusilə yay aylarında, günəş şüalarının təsiri ilə yaranı

arrow Ətraflı
Ulduzlar Zeynəb Xanlarovanın nəvəsinin toyunda like
  • 29 Sen 00:47  
Şou-biznes Ulduzlar Zeynəb Xanlarovanın nəvəsinin toyunda

Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın adını daşıdığ�

arrow Ətraflı
İranda zəlzələ oldu like
  • 29 Sen 00:30  
Digərləri İranda zəlzələ oldu

İranın Cənubi Həmədan əyalətində 4,2 bal gücündə zəlzələ baş veri

arrow Ətraflı
Moldovada parlament seçkilərində Sandunun partiyası qalib gəldi like
  • 29 Sen 00:28  
Dünya Moldovada parlament seçkilərində Sandunun partiyası qalib gəldi

Moldova prezidenti Maia Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik

arrow Ətraflı
Azərbaycanda toy günü bəyi bıçaqladılar like
  • 29 Sen 00:26  
Digərləri Azərbaycanda toy günü bəyi bıçaqladılar

İsmayıllıda toy günü bıçaqlanma hadisəsi olub.

arrow Ətraflı
Diqqət: dələduzluğun yeni növü yayılıb like
  • 29 Sen 00:19  
Digərləri Diqqət: dələduzluğun yeni növü yayılıb

Dələduzlar bu dəfə alıcıları yox, satıcıları hədəf seçiblər. Onlar

arrow Ətraflı
Hibrid avtomobillər bahalaşa bilər like
  • 28 Sen 23:33  
Digərləri Hibrid avtomobillər bahalaşa bilər

Hibrid avtomobillərin qiyməti arta bilər.

arrow Ətraflı
“Övladımla bağlı etdiyi qarğış tutdu” like
  • 28 Sen 23:20  
Şou-biznes “Övladımla bağlı etdiyi qarğış tutdu”

Aparıcı Afaq Gəncəli illər sonra etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyevanın Gəncədə şəhid övladları ilə səmimi görüşü like
  • 28 Sen 23:13  
Siyasət İlham Əliyev və Mehriban Əliyevanın Gəncədə şəhid övladları ilə səmimi görüşü

Xəbər verildiyi kimi, sentyabrın 28-də Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
4 BÜRC axır ki, əsl xoşbəxtliyi dadacaq like
  • 28 Sen 23:07  
Digərləri 4 BÜRC axır ki, əsl xoşbəxtliyi dadacaq

Tale bir neçə bürc əlaməti üçün xoş sürpriz hazırlayır. 

arrow Ətraflı
"Niyə bu dildə danışmalıyam?!" like
  • 28 Sen 22:41  
Digərləri "Niyə bu dildə danışmalıyam?!"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Skay News" jurnalistin

arrow Ətraflı
Himnimiz yeni formatda like
  • 28 Sen 22:27  
Digərləri Himnimiz yeni formatda

Bu gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimində A

arrow Ətraflı