İran sirli yeraltı obyekt üzərində işləri gücləndirdi – Şok DETALLAR


Digərləri 28 Sen 2025 14:25:00 79 0

İran sirli yeraltı obyekt üzərində işləri gücləndirdi – Şok DETALLAR

İran son aylarda beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan, lakin strateji baxımdan olduqca mühüm hesab edilən sirli yeraltı obyekt üzərində işləri intensivləşdirib.

"The Washington Post" nəşri yazır ki, bu obyekt uzun illərdir gündəmdə olan və Tehranın nüvə proqramı ilə bağlı sualları daha da artıran yeni mərhələnin başlanğıcı ola bilər.

Son.az xəbər verir ki, mənbənin məlumatına görə, tikinti prosesi hələ 2020-ci ildən başlayıb və "Kirka dağı" adlanan dağ massivinin dərinliklərində aparılır. İran mühəndisləri burada tunellər qazaraq geniş yeraltı zal və keçidlər sistemi yaradırlar. Strateji baxımdan ən diqqətçəkən məqam isə onun Natanz nüvə kompleksindən cəmi 1,6 kilometr aralıda yerləşməsidir. Məhz bu kompleks 22 iyun tarixində ABŞ Hərbi Hava Qüvvələrinin bombardmanına məruz qalmışdı.

Nəşrin qeyd etdiyinə görə, Kirka dağındakı obyektin dəqiq təyinatı hələ də müəmmalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri indiyə qədər orada heç vaxt olmayıb, nəzarət və monitorinq üçün icazə də almayıblar. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, Tehran bu obyektlə bağlı göndərilən sorğulara heç bir cavab verməyib və onun statusu barədə məlumat təqdim etməkdən imtina edir.

Ekspertlər hesab edir ki, bu, İranın MAQATE-nin nəzarət mexanizmlərini qəsdən kənarda saxlamaq və nüvə fəaliyyətlərini dərin yeraltı obyektlərdə gizlətmək strategiyasının tərkib hissəsidir. Analitiklərin qiymətləndirmələrinə əsasən, Kirka dağındakı yeraltı zal və tunellər 100 metrədək dərinlikdə yerləşə bilər, bu isə onları həm peyk kəşfiyyatından, həm də hava zərbələrindən qoruyacaq səviyyədə edir.

Yeni mərhələ - İran "sabotajdan qorunan" infrastruktur yaradır

Qərb analitikləri hesab edirlər ki, Tehranın bu addımı həm də Natanz və Fordo kimi obyektlərə qarşı keçirilən hücum və diversiyalara cavab xarakteri daşıyır. ABŞ və İsrail son illərdə İranın nüvə proqramını ləngitmək üçün bir sıra kəşfiyyat əməliyyatları və kiber hücumlar həyata keçirib. Kirka dağındakı kompleks isə məhz bu cür müdaxilələrə qarşı "yeni nəsil sabotajdan qorunan infrastruktur" kimi nəzərdə tutulmuş ola bilər.

Bu BÜRCLƏRƏ ay sonuna qədər gözlənilməz yerdən PUL GƏLƏCƏK like
  • 28 Sen 14:13  
Digərləri Bu BÜRCLƏRƏ ay sonuna qədər gözlənilməz yerdən PUL GƏLƏCƏK

Astroloqların proqnozlarına görə, sentyabr ayının sonuna qədər bəzi bü

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 28 Sen 14:12  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanda ana körpəsini maşında DOĞDU like
  • 28 Sen 13:45  
Digərləri Azərbaycanda ana körpəsini maşında DOĞDU

Zərdab rayonunda qeyri-adi doğuş hadisəsi baş verib.

arrow Ətraflı
Netanyahunun yaxasındakı nişanın sirri açıldı like
  • 28 Sen 13:37  
Dünya Netanyahunun yaxasındakı nişanın sirri açıldı

İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessi

arrow Ətraflı
DNT testi 34 il əvvəl törədilən qətllərin üstünü açdı like
  • 28 Sen 13:28  
Digərləri DNT testi 34 il əvvəl törədilən qətllərin üstünü açdı

ABŞ-nin Ostin şəhərində 1991-ci ildə kafedə dörd məktəbli qızın səs

arrow Ətraflı
Bu qan qrupundan olanlar like
  • 28 Sen 13:13  
Digərləri Bu qan qrupundan olanlar

Aparılan elmi araşdırmalara görə, insanın qan qrupu onun müəyyən xəst�

arrow Ətraflı
Tolik efirinin qonağı ilə "qırğına çıxdı" like
  • 28 Sen 12:58  
Şou-biznes Tolik efirinin qonağı ilə "qırğına çıxdı"

"Tarixin bir günü" verilişində qalmaqallı anlar yaşanıb.

arrow Ətraflı
Bu şəxslərin "prava" almaq hüququ like
  • 28 Sen 12:45  
Digərləri Bu şəxslərin "prava" almaq hüququ

Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boy

arrow Ətraflı
"Ded Xasan"ın nəvəsi Lənkəranskinin yaxın adamını like
  • 28 Sen 12:30  
Digərləri "Ded Xasan"ın nəvəsi Lənkəranskinin yaxın adamını

Gürcüstan Baş Prokurorluğu "qanuni oğru" Merab "Suxumski&quo

arrow Ətraflı
Bu ərazilər işıqsız qalacaq like
  • 28 Sen 12:26  
Digərləri Bu ərazilər işıqsız qalacaq

Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin v

arrow Ətraflı
Sabah da hava küləkli olacaq? like
  • 28 Sen 12:25  
Digərləri Sabah da hava küləkli olacaq?

Sentyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Kamaləddin Qafarov: “İndi əsas məsələ sülhün və tərəqqinin təmin edilməsidir” like
  • 28 Sen 12:08  
Digərləri Kamaləddin Qafarov: “İndi əsas məsələ sülhün və tərəqqinin təmin edilməsidir”

"Sentyabrın 25-də Ölkə Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BM

arrow Ətraflı
1 ay əvvəl ailə qurmuşdu, ağır qəzada ÖLDÜ like
  • 28 Sen 12:07  
Digərləri 1 ay əvvəl ailə qurmuşdu, ağır qəzada ÖLDÜ

Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş ver

arrow Ətraflı
Mətanət ilk dəfə qardaşı ilə EFİRDƏ like
  • 28 Sen 12:02  
Şou-biznes Mətanət ilk dəfə qardaşı ilə EFİRDƏ

Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olub.

arrow Ətraflı