Tərtərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan uşaq bağçası istifadəyə verilib


Siyasət 26 Sen 2025 18:00:00 72 0

Tərtərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan uşaq bağçası istifadəyə verilib

Sentyabrın 26-da Tərtər rayonunun Hüsənli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hüsənli kənd uşaq bağçasının binası 1970-ci illərdə tikilib. İki korpus və yardımçı otaqlardan ibarət olan birmərtəbəli bina köhnəldiyindən istifadəyə yararsız idi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçada təmir işləri aparılıb, mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı sahə abadlaşdırılıb. Korpusun ətrafına asfalt örtüyü çəkilib. Bağçanın ərazisində uşaq meydançası təşkil edilib.

Bağçanın açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov və digərləri uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, balacalara xoşbəxt gələcək və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.

Çıxışlarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən, Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan tədbirlərdən bəhs edilib.

Kənd sakinləri və valideynlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları sonra uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Fikirlərini AZƏRTAC-la bölüşən Hüsənli kənd körpələr evi-uşaq bağçasının müdir əvəzi Nigar Rzayeva bağça binasının təmirinə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna təşəkkür edib. "Çalışacağıq ki, uşaqları vətənpərvər ruhda tərbiyə edək, onları cəmiyyətə faydalı vətəndaşlar kimi böyüdək", - deyə o bildirib.

Valideyn Nigar Əliyeva bağçada yaradılmış şəraitdən razılığını bildirərək deyib: "Mən uşaq bağçasının əvvəlki vəziyyətinə görə təəssüf hissi keçirirdim. Həmişə deyirdim ki, kaş, bizim bağçamız da təmir olunsun. Bu gün artıq uşaq bağçası təmirdən sonra istifadəyə verildi. Binada uşaqlar üçün lazımi şərait yaradılıb. Buna görə valideyn kimi çox sevinirəm və buna görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm". Son.az 

Tramp "TikTok"la bağlı sazişi təsdiqlədi like
  • 26 Sen 17:53  
Dünya Tramp "TikTok"la bağlı sazişi təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp "TikTok"un Birləşmiş Ştatlar biznesin

arrow Ətraflı
Dünyada ilk dəfə Rusiyada olacaq  Putin elan etdi like
  • 26 Sen 17:38  
Digərləri Dünyada ilk dəfə Rusiyada olacaq Putin elan etdi

Rusiya 2030-cu ilə qədər dünyada ilk qapalı yanacaq dövrü nüvə enerjisi

arrow Ətraflı
Heydər Əliyev Fondu tərəfindən Saatlının ucqar kəndində yeni məktəb binası inşa olunub  FOTO like
  • 26 Sen 17:23  
Digərləri Heydər Əliyev Fondu tərəfindən Saatlının ucqar kəndində yeni məktəb binası inşa olunub FOTO

Saatlı rayonunda yeni inşa olunan İkram Ağayev adına Nabatkənd tam orta m�

arrow Ətraflı
54 yaşlı kişi faciəli şəkildə ÖLDÜ like
  • 26 Sen 17:12  
Digərləri 54 yaşlı kişi faciəli şəkildə ÖLDÜ

Neftçala rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

arrow Ətraflı
Dövlət qulluğuna qəbul imtahanında like
  • 26 Sen 16:57  
Digərləri Dövlət qulluğuna qəbul imtahanında

"Microsoft" şirkəti tərəfindən "Windows 10" əməliyyat

arrow Ətraflı
Gəncədə Mehriban Alışovanın “Rənglərin Melodiyası” adlı fərdi sərgisi keçirildi  FOTO like
  • 26 Sen 16:43  
Kriminal Gəncədə Mehriban Alışovanın “Rənglərin Melodiyası” adlı fərdi sərgisi keçirildi FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında istedadlı rəssam Meh

arrow Ətraflı
Azərbaycanlı tiktokerin açıqsaçıq gəlinliyi müzakirələr yaratdı like
  • 26 Sen 16:30  
Digərləri Azərbaycanlı tiktokerin açıqsaçıq gəlinliyi müzakirələr yaratdı

Azərbaycanlı tiktokerin gəlinliyi sosial şəbəkədə müzakirələr yaradı

arrow Ətraflı
Azərbaycan QHTləri Anım Günü ilə bağlı bəyanat yayıb  FOTO like
  • 26 Sen 16:29  
Digərləri Azərbaycan QHTləri Anım Günü ilə bağlı bəyanat yayıb FOTO

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 27 sentyabr - A

arrow Ətraflı
"Starbucks" yüzlərlə mağazasını bağlayır  900 iş yeri ixtisar ediləcək like
  • 26 Sen 16:15  
Dünya "Starbucks" yüzlərlə mağazasını bağlayır 900 iş yeri ixtisar ediləcək

Amerikanın məşhur qəhvə şəbəkəsi "Starbucks" 400 mağazasın�

arrow Ətraflı
Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə  FOTO like
  • 26 Sen 16:00  
Digərləri Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə FOTO

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsu

arrow Ətraflı
Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb like
  • 26 Sen 15:55  
Digərləri Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi əhalidə

arrow Ətraflı
Naxçıvanda içməli su təmizlənmədən əhaliyə satılıbmış like
  • 26 Sen 15:47  
Digərləri Naxçıvanda içməli su təmizlənmədən əhaliyə satılıbmış

Naxçıvan Muxtar Respublikasında içməli su şəbəkəsinə sayğac quraşdı

arrow Ətraflı
Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı like
  • 26 Sen 15:45  
Dünya Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı

ABŞ prezidenti Donald Tramp altı ildən sonra Türkiyə prezidenti Rəcəb Tay

arrow Ətraflı