Eksməmurun oğlu gəlir yerini gizlədir Hamının qarşısında danışmadı
Digərləri 25 Sen 2025 14:57:00 64 0
Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə hakimin bir neçə çağırışından sonra bu gün məhkəməyə gəlib.
Bu xəbəri də oxu: Əli Əsədov nazirləri topladı
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu Nizami Alışan tərəfindən 1 milyondan çox dələduzluğa məruz qaldığını iddia edən iş adamı açıq məhkəmə iclasında danışmaqdan imtina edib.
Onun vəkili etirazın səbəbini belə əsaslandırıb ki, sorğu-sual zamanı Babək Məmmədzadənin haradan gəlir əldə etməsi müzakirə ediləcək. İş adamı bununla kommersiya sirrinin pozulacağını düşünür. Bu səbəbdən prosesin bu dəfəlik qapalı keçirilməsi istənilib.
Təqsirləndirilən şəxs və müdafiəçisi isə buna etiraz edib. Nizami Alışanın vəkili Samir İsayev deyib ki, zərərçəkmiş şəxsin gəlirinin açıqlanması heç bir kommersiya sirri təşkil etmir. Bu səbəbdən iclas açıq və şəffaf şəkildə davam etməlidir.
Hakim Aytən Əliyeva müdafiə tərəfinin etirazına baxmayaraq, iclasın qapalı keçirilməsinə qərar verib. Nəticədə jurnalistlər zaldan çıxarılıb.
Qeyd edək ki, bu iş üzrə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digər iş adamı Yadigar İsrafilov zərərçəkmiş kimi tanınıb. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib. Vədə inanan iş adamları iddia edir ki, Nizami sonda onları aldadıb, 4 milyon manat pulu ələ keçirib. Təqsirləndirilən birjaçı isə ittihamı qəbul edir. Deyir ki, birlikdə pul qoyub birlikdə qazanıblar. Sonuncu dəfə platformadan pulu çəkə bilməyib. Nizami Babəklə sinif yoldaşı olsa da məhkəmədə həbsini onun təşkil etdiyini deyib.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsdədir.
Fotoda: Məhəmməd Məmmədov
Sosial şəbəkələrdə qalmaqallı hadisə yaşanıb.

Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş naz

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir s

Ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir v

Xalq artisti Zemfira Nərimanova illər sonra Axşam.az obyektivinə tuş gəl

Xəbər verdiyimiz kimi, "Avant Group" MTK gecə saatlarında qazınt�

"Bugünkü müzakirələr Azərbaycanla Böyük Britaniya arasında etimad�

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakir

Müğənni Əli Mirəliyev açıqlaması ilə diqqət çəkib.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin d

Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yay

"Özümə gələ bilmirəm"

ABŞ sakini Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya h

Zəlzələ təkcə geofiziki hadisə deyil, həm də cəmiyyətin aynasıdır. H
