İlham Əliyev Cenni Conson ilə görüşüb
Siyasət 24 Sen 2025 22:54:00 79 0
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.
Bu xəbəri də oxu: Azərbaycandakı dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirdi. O, həmçinin Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd etdi.
Görüşdə "Franklin Templeton"un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulandı.
Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq, mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını dedi. Dövlətimizin başçısı bu şirkətin alternativ investisiya sahəsindəki təcrübəsinin və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu xüsusda geniş qarşılıqlı əməkdaşlıq imkanlarının olduğunu vurğuladı.
Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən "Franklin Templeton" hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir. Son.az
Suriya Prezidenti Əhməd Şara Birləşmiş Millətlər Təşkilatının 80-ci

Burqer gündəlik qidalanmada ən çox rast gəlinən fast food məhsullarından

BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-də olan Türki

İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.

İtaliya Baş naziri Corcia Meloni, BMT-nin Nyu-Yorkda keçirilən 80-ci Baş As

Alimlər kişi seksual davranışını yalnız beynin idarə etmədiyini, onurğ

Sosial şəbəkələrdə "ANC Group" MMC-yə məxsus "Rahat"

Astroloqlar bir bürc üçün ən çətin dövrün, nəhayət başa çatdığın

"Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlu müğənni Nəf�

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

Şair Nazilə Səfərli və Fatimə Fətəliyeva məhkəmə qalmaqalı davam ed
