Sumqayıtda hakimi təhqir edən şəxs cəzalandırılacaq
Digərləri 24 Sen 2025 10:47:00 87 0
Məhkəmə proseslərində iştirak edən şəxslərin davranışları qanunla ciddi şəkildə tənzimlənir. Hakimin və ya digər iştirakçıların təhqir edilməsi təkcə etik qaydaların pozulması deyil, həm də cinayət məsuliyyəti yaradan əməldir.
Bu xəbəri də oxu: Kəşfiyyatçı Səyyaf Əhmədovla vida mərasimi keçirilir
Son.az xəbər verir ki, bəzən bu tələblərin pozulması praktiki müstəvidə də özünü göstərir.
Belə ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyə baxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri - cavabdeh tərəfin nümayəndəsi dəfələrlə əsassız vəsatətlər qaldıraraq işin gedişinə mane olub. Məhkəmənin qərarı ilə həmin nümayəndəyə prosessual davranış qaydalarını pozduğuna görə inzibati cərimə tətbiq edilib.
Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edən ifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizlik nümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunu alçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinə də mane olub.
Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbul edib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmış araşdırma nəticəsində nümayəndənin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimi təhqir etmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Ermənistanın Sankt-Peterburqdakı baş konsulluğunda "Rosimuşestvo"

Məşhur amerikalı pop ulduzu Teylor Sviftin "The Life of a Showgirl"

İtaliyanın məşhur kino ulduzu Klaudiya Kardinale vəfat edib.

Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Mü�

Sentyabrın son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq. Onl

Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zama

"Onlar üçün çox darıxıram. Bunu izah edə bilmirəm. Heç yoxluqları

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı etibarsız məlumatlar verdiyi

Bakıda Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan Respublikasın

Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfa

Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların say�

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında sentya
